Accessibility links

Mehriban Zeynalova: İki zorakılıq faktoru - insan alveri və məişət zorakılığı [Video-müsahibə]


Mehriban Zeynalova: İki zorakılıq faktoru - insan alveri və məişət zorakılığı
please wait

No media source currently available

0:00 0:07:36 0:00

“Təmiz Dünya” Qadınlara Yardım İctitmai Birliyinin sədrinin Amerikanın Səsinə müsahibəsi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Amerikanın Səsinə müsahibəsində qadınlara qarşı zorakılıq halları, insan alveri və cinsi istismardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda qadınlara qarşı zorakılığın hansı halları mövcuddur? Hökumət zorakılığın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürmü?

İnsan alveri və məişət zorakılığı. Hər iki məsələ ilə bağlı problem var.

Mehriban Zeynalova: Azərbaycanda qadınlara qarşı iki zorakılıq faktoru var. Buna gender əsaslı zorakılıq deyilir, - insan alveri və məişət zorakılığı. Hər iki məsələ ilə bağlı problem var. Bununla bağlı qanunvericilik qəbul olunub. Yəni, əgər problem olmasa qanunvericilik də olmazdı. Lakin, qanun qəbul olunsa da məişət zorakılığı ilə bağlı hələ kifayət qədər mexanizmlər mövcud deyil. Bununla yanaşı, insan alveri ilə bağlı daha yaxşı işlənmiş mexanizmlər mövcuddur.

Amerikanın Səsi: Bu sahədə paytaxtda, o cümlədən regionlarda vəziyyət necədir?

Daha çox cinsi istismarla bağlı problem hələ ki, gündəmdədir.

Mehriban Zeynalova: Məişət zorakılığı problemi özünü daha qabarıq göstərir. Yalnız regionlarda deyil, paytaxtda da məişət zorakılığı var. İnsan alveri problemi ilə bağlı məsələyə gəlincə, onun formaları var. Daha çox cinsi istismarla bağlı problem hələ ki, gündəmdədir. Əvvəlki illərdə əməyin istismarı, məcburi əmək daha çox aktual idi. Bu gün bu məsələlər kifayət qədər aktual deyil. Yalnız cinsi istismar məsələsi diqqəti cəlb edir. Bu da təbii ki, müxtəlif səbəblərlə bağlıdır, - erkən nigah və yaxud boşanmalardır. Daha çox məişət zorakılığı zəminində qadınların çətin vəziyyətə düşməsi onların insan alveri qurbanına çevrilməsinə səbəb olur.

Amerikanın Səsi: Yerli media insan alveri və fahişəliyə cəlbetmə halları ilə bağlı da məlumatlar yayır. İnsan alverini yaradan və qadınları fahişəliyə sürükləyən amillər nədir? Bu halların qarşısının alınması istiqamətində hansı işlər görülür?

Yəni, qadınlar çıxılmaz vəziyyətdədir, kifayət qədər mərkəzlər mövcud deyil, pulsuz xidmət paketləri kifayət qədər deyil, boşandıqdan sonra ailə qadını qəbul etmir və yaxud erkən ərə verilən xanım iki-üç uşaqla ortada qalır.

Mehriban Zeynalova: Səbəblər çox müxtəlifdir. Bu problemləri yaradan səbəblər çox müxtəlif ola bilər. Amma, indiki durumda, - bu sahədə çalışan adam kimi deyə bilərəm ki, məişət zorakılığı problemi cinsi istismar üçün daha çox şərait yaradır. Yəni, qadınlar çıxılmaz vəziyyətdədir, kifayət qədər mərkəzlər mövcud deyil, pulsuz xidmət paketləri kifayət qədər deyil, boşandıqdan sonra ailə qadını qəbul etmir və yaxud erkən ərə verilən xanım iki-üç uşaqla ortada qalır. Bu vəziyyətdə xidmət paketləri kifayət qədər olmalıdır ki, həmin insanlar cinayətkarların əlinə düşməsin. Həmin insanların məlumatlılıq səviyyəsi kifayət qədər olmur, televiziyalar bu mərkəzlərlə bağlı məlumat vermir. Televiziyalarda hüquqi məlumatlandırmalar da kifatyət qədər olmadığından insanlar daha çox bir-birinə ötürülən məlumatlara söykənirlər. Bu da çox vaxt insanları cinayətkarlara tuş gətirir.

Amerikanın Səsi: Zorakılıq hallarının qarşısının alınmasında və reabilitasiya sahəsində QHT-lər sərbəst fəaliyyət göstərə bilirmi? Bu istiqamətdə QHT-lərin təsis edilməsində, onların maliyyələşdirilməsində hansı problemlər var?

Sadəcə olaraq, kifayət qədər maliyyə çatışmamazlığı var. Kifayət qədər yaxşı kadrlara ehtiyac var.

Mehriban Zeynalova: QHT-lərin sərbəst fəaliyyəti üçün əngəllər mövcud deyil. Müəyyən prosedur qaydaları var, - qeydiyyatdan keçmək, layihə ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etmək, qeydiyyatdan keçmək və s. Amma, belə hansısa əngəllər yoxdur. Yəni, biz reabilitasiya prosesi ilə məşğul olan bir təşkilat kimi, və digərləri də elə bir əngəllərlə üzləşmir. Sadəcə olaraq, kifayət qədər maliyyə çatışmamazlığı var. Kifayət qədər yaxşı kadrlara ehtiyac var. Məsələn, əgər maliyyə yoxdursa, könüllü işləyirsənsə, o zaman hansısa prmitiv səviyyədə olan psixoloqu bu prosesə qoşmağa məcbur olursan, onun problemi öyrənmə prosesi uzun çəkir və sonra mərkəzi tərk edir. Burada artıq, qazanmırsan. İstədiyin reabilitasiya prosesini, mükəmməl reabilitasiya prosesini yarada bilmirsən. Çünki, maliyyə yoxdur. Bəzi hallarada yer məsələsi çətin olur. QHT əgər reabilitasiya prosesi ilə məşğuldursa, onun sabit, davamlı yeri olmalıdır. Bu yerin olmaması maneçilik törədir. Belə baryerlər var.

Amerikanın Səsi: Beynəlxalq təşkilatlar, beynəlxalq QHT-lər bu prosesdə yerli QHT-lərə kömək edirmi?

Qanunvericilik hələ tam əvvəlki formata keçməyib. Yüngülləşmə, dəyişiklik baş verib. Amma, lap əvvəllər qanunvericilikdə necə idi?

Mehriban Zeynalova: Hazırki prosesdə bir az çətindir. Düzdür, qanunvericilikdə indi bir az dəyişiklik ediblər. Beynəlxalq təşkilatlar maliyyəni verə bilər. Lakin, bunu qeydiyyatdan keçirmək məsələsi hələ ki, var. Qanunvericilik hələ tam əvvəlki formata keçməyib. Yüngülləşmə, dəyişiklik baş verib. Amma, lap əvvəllər qanunvericilikdə necə idi? “Qrant haqqında” qanun və digər məsələlər ki, onu alıb rahat şəkildə Ədliyyə Nazirliyinə müraciət etmək, burada bir az çətinliklər mövcuddur. Yəni layihənin alınması-verilməsi proseduru tam əvvəlki formaya keçmir və mənim məlumatına görə, bununla bağlı davamlı iş gedir. Ümid edirik ki, dəyişiklik baş verəcək.

Amerikanın Səsi: Reabilitasiya Mərkəzləri bəs edirmi?

Biz də hesab edirik ki, hansısa ucqar rayonlarda, məsələn Lənkəranda, Astarada və yaxud Qazaxın hansısa kəndlərində, yaxud Qubanın özündə mərkəzlər olmalıdır.

Mehriban Zeynalova: Qanunda deyilir ki, daha çox reabilitasiya mərkəzləri olmalıdır. Biz də hesab edirik ki, hansısa ucqar rayonlarda, məsələn Lənkəranda, Astarada və yaxud Qazaxın hansısa kəndlərində, yaxud Qubanın özündə mərkəzlər olmalıdır. Burada da proses belədir ki, bəzi hallarda həmin əhalinin eyni mərkəzdə saxlanması problem yarada bilər. Yəni, təqib oluna bilər, o anda yerdəyişmə məsələsi daha uyğun olar. Məsələn, Qubadan olanı, Şirvana göndərmək və yaxud Lənkərandan olanı Gəncəyə göndərmək. Məsələni bu cür həll etmək olar. Amma, hələ ki, bu mərkəzlər mövcud deyyil.

Amerikanın Səsi: Uşaqların erkən nigahdan çəkindirilməsi, küçədə yaşayan uşaqların reabilitasiyası sahəsində hansı tədbirlər görülür?

Uşaqların reabilitasiyası üçün daha fərqli bir metodika olmalıdır. Hələ ki, bu imkanlar yoxdur.

Mehriban Zeynalova: Küçədə yaşayan uşaqların reabilitasiyası ilə məşğul olan iki QHT var. Eyni zamanda, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsində informasiya bankı var. Eyni zamanda, onların mərkəzləri var. “Ümid Yeri” və ”Azərbaycan Uşaqları Birliyi” bu uşaqların reabilitasiyası ilə məşğul olur. Lakin, mənim düşüncəmə görə, bütün uşaqların reabilitasiyası üçün daha fərqli bir metodika olmalıdır. Hələ ki, bu imkanlar yoxdur. Küçə uşaqları ilə bağlı reabilitasiya prosesinə yeni modelin, yeni metodikanın tətbiqi mövcud deyil.

Amerikanın Səsi: Uşaqların erkən nigahdan çəkindiirilməsi ilə bağlı hansı işlər görülür?

Məsələn, keçən il üç minə yaxın erkən nigah qeydə alınıb. Bu da onlar uşaq dünyaya gətirərkən qeydə alınıb.

Mehriban Zeynalova: Erkən nigahlarla bağlı hələ ki, stereotiplərdən asılıyıq, problem var, gündəmdədir. Baxmayaraq ki, bu qədər tədbirlər həyata keçirilir. Məsələn, keçən il üç minə yaxın erkən nigah qeydə alınıb. Bu da onlar uşaq dünyaya gətirərkən qeydə alınıb. Amma, Azərbaycanda bu sahədə üç cinayət işi olub. Məsələ ondadır ki, bəzən insanlar özləri cəhd göstərirlər ki, bu cinayət məsuliyyəti olmasın. Valideynlər də cinayət məsuliyyətinin olmamasına cəhd göstərir. Amma ki, problem gündəmdədir.

Bir neçə il bundan qabaq YUNİSEF ölkədə erkən nigahların 5 min olduğunu demişdi, ötən il də hesablamalara görə təxminən o rəqəmə yaxın olub. Probelmin həlli istiqamətində dyiişikliklər hələ kifayət qədər deyil.

XS
SM
MD
LG