Accessibility links

Məkkədə Böyük Məscidin damına kran düşməsi ilə həlak olanların sayı 107-yə çatıb


Səudiyyə Ərəbistanının Məkkə şəhərinin Böyük Məscidinin damına kran düşməsi ilə həlak olanların sayı 107-yə çatıb, 230 nəfər xəsarət alıb.

Məscid kompleksinin genişləndirilməsi zamanı baş verən hadisə nəticəsində ciddi dağıntı qeydə alınıb.

Qəza yüz minlərlə müsəlmanın ayın sonunda başlayacaq Həcc ziyarəti üçün Məkkəyə toplaşdığı vaxt baş verib.

Sosial mediada yayılan şəkillərdə qanlı paltarlarda insanlar və dağıntılar nümayiş etdirilib.

Məscidin texniki işlər üzrə işçisi Məhəmməd Tahirin Amerikanın Səsinə bildirdiyinə görə, hadisəyə hava şəraiti səbəb olub. O, güclü yağış və küləyin kranı müvazinətdən çıxardığını deyib.

Tahir həmin vaxt məsciddə insanların umra ritualını həyata keçiridiyini bildirib.

Məsciddə inşaat işləri aparan Saudi Binladin Group-un mühəndisi Fransa xəbər agentliyinə hadisənin texniki nasazlıq deyil, Allahın təqdiri olduğunu deyib. O, kranın heç bir problem olmadan 3-4 ildir orada olduğunu deyib.

ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanına başsağlığı verərək, Amerikanın müsəlmanlarla bu faciənin ağrısını bölüşdüyünü deyib.

Dünya ölkələrinin bir neçə dövlət başçısı da Səudiyyə Ərəbistanına başsağlığı verib.

Böyük Məscid müsəlmanların müqəddəs məbədlərindən ən böyüyüdür. Bu məscidi hər il milyonlarla insan ziyarət edir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG