Accessibility links

Amerikanın sənədsiz mühacirləri [Video]


Amerikanın sənədsiz mühacirləri
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Birləşmiş Ştatlar Konqresinin ABŞ-la Meksika arasındakı divarın inşasını maliyyələşdirməyi davam etdirdiyi bir vaxt, Meksikada Huarez və Texasda El-Paso şəhərlərini ayıran 2010-cu ildən bəri mövcud sədd qeyri-qanuni immiqrantların ABŞ-a keçməsinin qarşısının alınmasını gücləndirib.

Cises Sançes 30 il əvvəl Birləşmiş Ştatlara gələndə yalnız Rio-Qrande çayını keçmək gərək idi. Amerikaya qeyri-qanuni gələn Sançes demək olar ki, bu ölkədə uzun müddətdir sənədsiz yaşayır.

Texasın El-Paso keçidi Birləşmiş Ştatların Meksika ilə sərhədi boyu ən məşğul ikinci keçid məntəqəsidir. Sənədsiz insanlar burada sərhədi keçənlər arasındadır.

Cises Sançes Amerikaya yeniyetmə ikən gəlib. Rio-Qrande çayını o, valideynləri ilə keçib. “Biz çayı keçdik. Suyun səviyyəsi o qədər də yüksək deyildi, dizdən yuxarı idi. Bundan sonra biz sərhəd keşikçilərinin yaxında olub-olmadığını yoxladıq və yolumuza davam etdik. Qaranlıq idi, gecə saat 3:30, 4 olardı” deyə, o bildirir.

Bu ölkədə artıq 30 ilə yaxındır qalmasına baxmayaraq, Sançezin hələ də qanuni yaşama statusu yoxdur. Lakin onun uşaqlarının statusu var. Onun övladlarından biri bio-kimyaçıdır. Lakin o biri oğlu haqda danışanda Sançes gülür. “O, başqa bir iş axtarır. Sizcə hansı işi? Sərhəd keşikçisi”.

Sançes illərlə qısamüddətli sənədlərlə yaşayıb. 2010-cu ildən bəri isə ümumiyyətlə sənədsizdir. Hazırda onun oğlu onun üçün sponsorluq edir və o, qreen-kartı gələn ay almalıdır. “Mənim həyatım buradadır. Hər şeyim buradadır. Mənim bu yerə Birləşmiş Ştatlarda olduğum üçün çatmışam. Lakin mən burada qanuni yaşamaq istəyirəm.”

Sançesin keçdiyi zamanla müqayisədə indi El-Paso sərhədindən keçmək çox çətin olub. 211 km-lik sərhəd boyu divarın tikintisi 2010-cu ildə başa çatıb. 2006-cı ildə divar tikilməmişdən əvvəl sərhədi qeyri-qanuni 122 min insan keçmişdi. Keçən il isə bu sərhədi 25 minə qədər insan qeyri-qanuni keçib.

XS
SM
MD
LG