Accessibility links

ABŞ-ın Meksika ilə sərhədində səkkiz potensial dizaynlı divar inşası davam etdirilir


Kaliforniya ştatının cənubunda ABŞ-ın Meksika ilə sərhədində səkkiz potensial dizaynlı divar inşası davam etdirilir.

ABŞ-ın Gömrük və Sərhəd Qorunması agentliyi bildirib ki, divarın inşası zamanı prototiplərin dördü betondan, digər dördü isə digər materiallardan düzəldiləcək.

Bəzi sakinlər artıq divarın nümayişlərə səbəb olacağından narahatdır.

“Hər iki tərəfdən olan insanlar öz mövqelərini aydın şəkildə ifadə etmək istəyir. Və söz azadlığı da elə budur. Amma zorakılıq deyil” - deyə fəal və Sərhəd Mələkləri təşkilatının təsisçisi, Enriki Morones bildirib.

Dizaynlar prezident Donald Tampın kampaniya vədlərindən biridir. O, qanunsuz mühacirətın qarşısını almaq üçün ABŞ və Meksika sərhədi boyu etibarlı sədd inşa edəcəyini vəd etmişdir.

Hazırkı maliyyə yalnız prototiplər üçün ayrılıb. Lakin sərhəd boyu geniş ərazidə divar inşasına əlavə maliyyə ayrılması üçün Konqresin təsdiqi lazımıdır.

XS
SM
MD
LG