Accessibility links

ABŞ və Meksika "Şimal Üçbucağı"nda əməkdaşlıq inkişaf proqramlarını genişləndirəcək


ABŞ-ın vitse-prezidenti Kamala Harris iyunun 8-də, Qvatemala liderləri ilə görüşündən bir gün sonra cənub bölgəsində ABŞ-la sərhəddə artmaqda olan miqrasiya problemini həll etmək üçün Prezident Andres Manuel Lopez Obrador ilə Mexiko şəhərində görüş zamanı Meksikanın bölgədəki rolunu müzakirə edəcəyini deyib.

Bazar ertəsi Meksikaya uçan təyyarəyə minmədən əvvəl Harris qonşu ölkələr arasındakı yaxın tərəfdaşlıqdan bəhs edib və çərşənbə axşamı gündəliyinə iqtisadi əlaqələr və COVID-19 peyvəndləri ilə bağlı iş birliyini də daxil edəcəyini açıqlayıb.

“Meksika ilə münasibətlərə baxdığımızda uzun müddət davam edən bir tərəfdaşlığımız var. Bilirsiniz, Kanadadan sonra biz bir-birimizə ən yaxın qonşuyuq. Bu, belədir. Onunla ortaq olmalı olduğumuz, qonşu olduğumuz, bölgədəki ən yaxın qonşu olduğumuz əhval-ruhiyyədə danışacağam. Bu, bizim söhbətin əsasını təşkil edəcək. Qonşu və tərəfdaş kimi Meksikanın bu bölgə, Qvatemala, ətraf ölkələrlə əlaqəli rolu nə ola bilər? Sonra da, bilirsiniz, Lopez Obrador ilə xeyli danışıqlarım olub. Həm Meksika, həm də bölgəyə dair iqtisadi əlaqələr mövzusunda edə biləcəyimiz işlər, peyvənd məsələsində ortaqlıq baxımından nələr edə biləcəyimiz barədə şəxsən və əsaslı olacaq söhbət gözləyirəm. Ötən həftə onunla Meksikaya edəcəyimiz qatqı barədə danışmışdım” - deyə, Kamala Harris bildirib.

Bazar ertəsi Qvatemalada Harris korrupsiyaya qarşı mübarizə aparmağa və latın amerikalıları ABŞ-ın şimalına təhlükəli köç keçmək əvəzinə evdə qalmağa inandırmağa dair yeni cəhdləri vurğulayıb.

Vitse-prezident Şimal Üçbucağı ölkələrindəki - Meksika ilə birlikdə Qvatemala, Honduras və El Salvadordaki insanların ABŞ-a köçməyə çalışmaqdan daha yaxşı bir həyat vəd edən iqtisadi inkişafa ehtiyac duyduqlarını deyib.

Amerika Birləşmiş Ştatları qaçqınlara dəstək və ərzaq çatışmazlığı ilə mübarizə üçün 310 milyon dollar yardım vəd edib. Həm də bu yaxınlarda ABŞ şirkətləri və təşkilatlarından iqtisadi fürsəti və iş təhsilini təşviq etmək üçün Mərkəzi Amerika ölkələrinə investisiya qoyma öhdəliklərini təmin edib.

Qvatemala lideri ilə görüşdükdən bir müddət sonra ABŞ Baş prokuroru Merrik Qarland Vaşinqtonda Meksika və Şimali Üçbucağı ölkələrində insan alveri və qaçaqmalçılığı ilə mübarizə məqsədi daşıyan hüquq-mühafizə işçi qrupu yaratdığını elan edib.

ABŞ həmçinin ötən həftə Qvatemalaya 500 min, Meksikaya 1 milyon doza koronavirus peyvəndi göndərəcəyini bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG