Meksikanın Baha Kaliforniya yarımaasında baş verən tropik qasırğa nəticəsinə küçələr və evlər su ilə dolub, tursitlər otellərdə ilişib-qalıb. Güclü yağışlarla müşahidə olunan Lidia qasırğası dörd nəfərin ölümünə səbəb olub.
Rəsmilər deyir ki, xilaetmə işçiləri kəndlərə dağılmış evlərdə axtarış aparmağa başlayandan sonra ölənlərin sayı arta bilər.
Bir nəfərin itkin düşdüyü ehtimal olunur. Yerli kanallarda yayımlanan videoda selin maşınları apardığı göstərilir.
Los Kabosda kurort şəhərinin meri Arturo de la Rosa Escalante deyib ki, cümə günü iki nəfər elektrik cərəyanı nəticəsində dünyasını dəyişib, bir qadını sel batıb, bir körpəni isə su başmış ərazidə yolu keçməyə çalışarkən sel anasının əllərindən alıb aparıb.
20 min turist ilişib-qalıb
Dövlət turizm naziri Luis Genero Ruiz deyib ki, hava yolları şirkətlərinin şəhərə uçuşları təxirə salması 20 min xarici turistin şəhərdə ilişib qalmasına səbəb olub.
Təxminən 1400 insan qasırğa sığınacaqlarına yerləşib.
ABŞ-ın Milli Qasırğa Mərkəzi Lidianın cümə günü Baha Kalifornia Sur ştatının paytaxtı La Pazda başladığını bildirir.
Lidianın səbəb olduğu küləyin sürəti cümə günü axşam saatlarında saatda 85 kilometrə düşüb və gələn bir neçə gün ərzində daha da yavaşlayacağı gözlənilir. Qasırğa Santa Rosalianın 115 kilometr cənub-qərbində mərkəzləşib və daha sonra saatda 19 kilometr sürətlə şimal-qərbə doğru irəliləyib.
Qasırğa mərkəzi bildirib ki, “tropik yağışların bir hissəsi bu həftəsonu cənubi Kaliforniya, cənubi Nevada və cənub-qərbi Arizona da daxil olmaqla, cənub-qərbi səhraya çata bilər”.
İrma qasırğası
Bu arada isə Atlantik Okeanın üzərində üçüncü kateqoriyaya aid İrma qasırğası irəliləyir və gələn həftənin əvvəli Karib dənizinin şərqinə çata bilər. Metereoloqlar İrmanın çox təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.