Accessibility links

Meksikada müəllimlərin keçirdiyi nümayiş zamanı 6 nəfər həyatını itirib


Meksika rəsmilərinin bildirdiyinə görə cənubda yerləşən Oaksaka ştatında müəllimlər həmkarlar ittifaqı tərəfindən keçirilən nümayişin zorakılıqla davam etməsi nəticəsində 6 nəfər həlak olub, 53 nəfər isə yaralanıb.

Polisin bildirdiyinə görə Asunsion Nokikstlan şəhərində təhsil islahatları əleyhinə keçirilən nümayişlərdə etirazçılar arasına sızmış silahlı şəxslər polis zabitlərinə atəş açıb və onlara Molotov kokteylləri atıb.

Zorakılıq bazar günü polis şosse yolunda nəqliyyatın qarşısını alan müəllimləri yoldan çıxarmağa cəhd göstərərkən baş verib.

Ştatın qubernatoru Qabino Sue ölənlərin əksəriyyətinin gənclər olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG