Accessibility links

Meksikada narko kartelin başçısı ikinci dəfə həbsxanadan qaçıb


Meksikanın məşhur narkobaronu 14 il ərzində ikini dəfədir ciddi rejimli həbsxanadan qaçıb.

Meksikanın təhlükəsizlik komissiyasının verdiyi bəyanatda Sinaloa kartelinin başçısı, "Cırtdan" ləqəbli narkobaron Joaquin Quzmanın Altiplano həbsxanasından qaçdığı bildirilir.

Təhlükəsizlik qüvvələri onun axtarışına başlayıb. Meksika paytaxtı ətrafında yerləşən həbsxana yaxınlığındakı Toluca hava limanında bütün uçuşlar təxirə salınıb.

Quzman 10 ilə yaxın axtarışda olduqdan sonra keçən ilin fevral ayında ələ keçirilmişdi. O, ilk dəfə 1993-cü ildə həsb edilmiş, lakin 2001-ci ildə həbsxana mühafizəçilərinin köməyi ilə oradan qaça bilmişdi.

O, narkotik alveri ittihamları ilə əlaqədar Birləşmiş Ştatlarda axtarışdadır.

Sinaloa karteli Meksika və Birləşmiş Ştatlar arasında narkotik maddələrin sərhəddən qanunsuz keçirilməsinə nəzarət edir.

XS
SM
MD
LG