Meksikanın Sakit Okean sahilləri boyunca hərəkət edən Patrisia qasırğasının kifayət qədər dağıdıcı gücə malik olduğu deyilir.
Saatda 325 kilometr sürətli küləklərlə müşayiət olunan qasırğa Sakit Okeanın şimal-şərq sektorunda qeydə alınan ən güclü qasırğadır. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Patrisianın qüdrəti 2013-cü il, noyabrın 8 -də Filippində 7,300 adamın həyatına son qoymuş Haiyan tayfunu ilə müqayisə edilir.
Mərkəz qasırğanın 15-30 santimetr həcmində yağmur gətirəcəyini proqnozlaşdırır. Bəzi yerlərdə bu rəqəm 50 sm-ə çata bilər.
Obama administrasiyası baş verənləri diqqətlə izləyir. Sözçü Erik Şultsun dediyinə grə Ağ Ev Meksika hökuməti ilə müntəzəm təmasdadır.
Meksika rəsmiləri üç ştatda – Kolima, Nayarit və Haliskoda fövqəladə vəziyyət elan ediblər.
Polis və mülki xilasetmə heyətləri Puerto Vallarta kurortunda sahil boyu insanlara xəbərdarlıq edir və onlara ərazini evakuasiya etməyi tövsiyə edirlər. Turistlərin tələsik ərazini tərk etdikləri müşahidə olunub.
Patrisianın qüdrəti 2013-cü il, noyabrın 8 -də Filippində 7,300 adamın həyatına son qoymuş Haiyan tayfunu ilə müqayisə edilir.