Accessibility links

Meksikada güclü qasırğa


Güclü qasırğa səbəbi ilə minlərlə insan Meksikanın şimal-qərb Los Kabos kurort şəhərinin lüks mehmanxanalarına sığınıb. Baha Kaliforniya yarımadasında küləyin sürəti saatda 205 km-ə yüksəlib.

ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, qasırğa 30 sm-lik yağışla müşayiət edilir. Şiddətli külək elektrik enerjisinin kəsilməsinə səbəb olub, işıq dirəkləri və ağacları kökündən qoparıb.

Sinoptiklər hava şəraitinin həyati təhlükəyə malik olan daşqınlar və torpaq sürüşmələrinə yol açacağını proqnozlaşdırır.

Meksikanın Dövlət Mülki Müdafiə Komitəsinin sözçüsü Luis Felipe Puente 30 min insanın sığınaqlarla təmin ediliyini bildirib.

XS
SM
MD
LG