Accessibility links

Meksikada turist avtobusu qəzaya uğrayıb: 12 nəfər həlak olub


Meksikada kruiz gəmisinin sərnişinlərini daşıyan avtobusun qəzaya uğraması 12 nəfərin ölümünə səbəb olub. Rəsmilərin dediyinə görə, qəzanın səbəbi sürət və səhlənkarlıq olub.

Qəza məşhur Kankun kurortunun yerləşdiyi Kintana-Roo ərazisində baş verib. Avtobus turistləri Maya viranəliyini ziyarətə apararkən yoldan çıxıb və aşıb.

Ölənlər arasında 8 amerikalı və 2 isveçli var. Dövlət rəsmiləri deyirlər ki, 13 sərnişin xəstəxanalara yerləşdirilib.

Meksika hökümətinin qəza ilə bağlı araşdırması hələ də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG