Accessibility links

Meksika Qvatemala ilə sərhədlərə 6 min nəfərlik qoşun yerləşdirməsini həftə sonu başa çatdırmalıdır


Meksika bu həftə mühacirət axınına mane olunması məqsədi ilə Qvatemala ilə sərhədlərə qoşun yerləşdirməsi prosesini başa vurur.

Bunu Meksikanın xarici işlər naziri Marçelo Ebrard bildirib. O, keçən həftə müxbirlərlə görüşü zamanı sərhədlərə 6 min nəfərlik əsgəri qüvvə yerləşdiriləcəyini deyib.

ABŞ-la əldə edilən razılığa görə, sığınacaq üçün müraciət edən miqrantlar Meksika ərazisində gözləməli olacaq.

Sənəddə iki ölkənin Mərkəzi Amerikada inkişaflarla bağlı əməkdaşlığı da nəzərdə tutulur.

Razılaşma Tramp tərəfindən bazar ertəsi günündən başlayaraq Meksikadan idxala 5 faiz rüsum tətbiq edilməsi təhlükəsini aradan qaldırmış oldu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG