Accessibility links

Meksika ABŞ-a yeni səfir göndərir


Meksika ABŞ-a yeni səfir göndərir. Şimali Amerika İnkişaf Bankının rəhbəri Qeronimo Qutierrez Fernandez səfir vəzifəsinə nominasiya edilib.

Meksikanın Xarici İşlər Nazirliyinin bəyanatı cümə günü açıqlanlb. Sənəddə deyilir ki, Meksikanın Amerikadakı səfiri Karlos Manuel Sado Solana Şimali Amerika üzrə katibin müavini təyin edilib.

Sada Donald Trampın yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimində Meksikanı təmsil edəcək.

Meksika Senatı tərəfindən təsdiq edilməli olan Qutierrez Tprampın sərhədə hasar çəkməsinə dair vədləri ilə üzləşməli olacaq.

Şimali Amerika İnkişaf Bankının rəhbəri olmazdan əvvəl o, Şimali Amerika üzrə xarici işlər nazirinin müavini, Latın Amerikası və Karib höfzəsi üzrə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.

Qutierrez 2010-cu ildən bəri Texasın San Antonio bankının icraçı direktoru olub.

Bank Şimali Amerika Ticarət Razılığına əsasən təsis edilib.

Tramp isə NAFTA adı ilə tanınan razılığın nəzərdən keçiriləcəyini bildirib.

XS
SM
MD
LG