Accessibility links

Meksikada vulkan püskürüb


Meksikanın Popokatepetl vulkanı bazar günü püskürərək daş və külü göyə sovurub.

Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi bildirib ki, kül və dağıntılar 2000 metr hündürlüyə çatıb.

Vulkan püskürməsi nəticəsində daşlar 3500 metr məsafəyə atılıb və rəsmilər külün yaxınlıqdakı yaşayış məntəqələrinə düşə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumatda deyilir ki, “Don Qoyo” adlı vulkan ötən 24 saat ərzində 40 dəfə püskürüb.

Associated Press məlumat verir ki, yanvar ayında böyük həcmdə oyanmış lava son partlayış zamanı dağılıb.

Popokatepetl vulkanı paytaxt Mexiko şəhərinin 80 kilometr cənub-şərqində yerləşir və ölkənin ən həssas vulkanı hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG