Accessibility links

Meksikada 225 insanın ölümü ilə nəticələnən zəlzələ səbəbilə üç günlük matəm elan olunub. Xilasediciilər isə hələ də Mexiko və digər şəhərlərdə dağılmış binaların altında sağ qalan insanları axtarır.

Axtarışlara mülki vətəndaşlar da qoşulub. Onlar 7,1 bal gücündə zəlzələ nəticəsində dağılan binaların altında qalanları çıxarmağa çalışır.

“Orada hələ də insanlar var. Onların səslərini eşidirik. Hələ üç mərtəbəli dağıntıları təmizləməliyik,” deyə bir könüllü bildirib.

Daxili İşlər Nazirliyi xilasedicilərin sağ qalanları çıxarmaq üçün bütün yollara əl atacaqlarını deyib.

Onlarla xilasedici paytaxtda dağılaraq 25 nəfərin ölümünə səbəb olan üçmərtəbəli məktəbdə axtarışları davam etdirir. Rəsmilər 30 nəfərin itkin düşdüyünü deyir.

​Zəlzələ ölkənin cənubunda bir həftə bundan əvvəl 90 adamın ölümü ilə nəticələnmiş zəlzələdən sonra baş verib.

XS
SM
MD
LG