Accessibility links

Meksikada 8.2 bal gücündə zəlzələ baş verib


Meksikanın cənubunda baş verən 8.2 bal gücündə zəlzələ nəticəsində azı 32 nəfər ölüb. Zəlzələ ilk öncə Çiapas ştatında evlərin dağılmasına, daha sonra isə 0,7 metrlik kiçik sunamiyə səbəb olub.

Meksika prezidenti zəlzələni tarixdə ən güclü fəlakət adlandırıb.

Çiapasın qubernatoru evlər, məktəblər və xəstəxanaların zəlzələnin təsirinə məruz qalaraq, dağıldığını bildirib.

Zəlzələ Meksiko və Qvatemalada da hiss olunub.

Episentr Meksikanın Tres Pikos şəhərinin 120 kilometr cənub-qərbində olub. Tres Pikos isə Meksiko şəhərindən 1.000 kilometr cənub-şərqdə yerləşir.

ABŞ-ın Sunami Xəbərdarlıq Mərkəzi zəlzələnin Qvatemala, Honduras, Meksika, El Salvador və Kosta Rika da daxil olmaqla, bir neçə Mərkəzi Amerika ölkəsində sunami təhlükəsini artırdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG