Accessibility links

Meksikada daha bir zəlzələ


Şənbə günü Meksikada daha bir şiddətli zəlzələ baş verib və bu, bu yaxınlarda 400 nəfərin ölümü ilə nəticələnən iki zəlzələdən sonra ölkə boyu təşviş yaradıb.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi bildirir ki, yeni zəlzələ 6,1 bal gücündə, episentri Mexikodan 360 kilometr cənub-şərqdə yerləşən Oaksaka ştatında olub.

Rəsmilər deyir ki, şənbə günü baş verən zəlzələ Mexiko şəhərində hiss edilib, paytaxtakı binalar yellənib. Zəlzələ nəticəsində kiminsə ölüb və ya yaralandığı məlum deyil.

Meksikanın fəlakət agentliyi deyir ki, şənbə günü baş verən zəlzələ senytabrın 7-də Meksikanın cənub sahilində 100 nəfərin ölümünə səbəb olan 8,1 bal gücündə zəlzələnin davamıdır.

Rəsmilər xilasedicilərin çərşənbə günü baş verən zəlzələnin səbəb olduğu dağıntılar arasında axtarışları davam etdirəcəyini bildirib.

Meksikalı xilasedicilər, İsrail, Yaponiya və Birləşmiş Ştatlar da daxil olmaqla başqa ölkələrdən gələn axtarış komandaları ilə birlikdə Mexiko və ətraf şəhərlərdən azı 60 nəfəri xilas edib.

Cümə axşamı Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi Mexiko şəhərinə 60-dan çox fövqəladə hal işçisi və avadanlıqlar göndərib.

Zəlzələdən üç gün sonra xilasedicilər sağ qalanlardan çox cəsəd tapır, lakin rəsmilər deyir ki, itlər və sensorlar bəzi ərazilərdə hələ də sağ qalanların olduğuna işarə edir. Meksika ordusu dağıntılar arasından 115 nəfərin çıxarıldığını bildirir.

Prezident Enrike Pena Nieto axtarış əməliyyatlarının davam etməsində israr edir.

Zəlzələ zamanı 2 minə yaxın binaya zərər dəyib. Onların çoxu artıq yaşayışa yararlı deyil.

Meksika zəlzələdə sağ qalanlar üçün 50 sığınacaq təsis edib, lakin bəzi insanlar əlavə təkanlardan qorxduqları üçün küçələrdə qalmağa üstünlük verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG