Accessibility links

Meksikada zəlzələ nəticəsində 2 nəfər həyatını itirib


Meksikada zəlzələ nəticəsində 2 nəfər həyatını itirib.

Şənbə günü Meksikada daha bir şiddətli zəlzələ baş verib və bu, bu yaxınlarda 400 nəfərin ölümü ilə nəticələnən iki zəlzələdən sonra ölkə boyu təşviş yaradıb.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi bildirir ki, yeni zəlzələ 6,1 bal gücündə, episentri Mexikodan 360 kilometr cənub-şərqdə yerləşən Oaksaka ştatında olub.

Rəsmilər deyir ki, şənbə günü baş verən zəlzələ Mexiko şəhərində hiss edilib, paytaxtakı binalar yellənib. Zəlzələ nəticəsində kiminsə ölüb və ya yaralandığı məlum deyil.

Meksikanın fəlakət agentliyi deyir ki, şənbə günü baş verən zəlzələ senytabrın 7-də Meksikanın cənub sahilində 100 nəfərin ölümünə səbəb olan 8,1 bal gücündə zəlzələnin davamıdır.

Rəsmilər xilasedicilərin çərşənbə günü baş verən zəlzələnin səbəb olduğu dağıntılar arasında axtarışları davam etdirəcəyini bildirib.

Meksikalı xilasedicilər, İsrail, Yaponiya və Birləşmiş Ştatlar da daxil olmaqla başqa ölkələrdən gələn axtarış komandaları ilə birlikdə Mexiko və ətraf şəhərlərdən azı 60 nəfəri xilas edib.

Cümə axşamı Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi Mexiko şəhərinə 60-dan çox fövqəladə hal işçisi və avadanlıqlar göndərib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG