Accessibility links

Meksikada narkotik qaçaqmalı liderinin axtarışı davam edir


Meksika rəsmilərinin verdiyi məlumata görə, həbsxanadan qaçan narkotik qaçaqmalçısı Yoakin “El Çapo” Quzmanın axtarışları davam etsə də, onun üzündən və ayağından xəsarət aldığı ehtimal edilir.

Hökumətin açıqladığı bəyanatda deyilir ki, xarici hökumətlərdən əldə edilən kəşfiyyat məlumatlarından sonra artıq Quzmanın axtarışları Meksikanın şimal-qərbindəki dağlarda davam etdirilsə də, onun tapılması üçün hələlik konkret dəlillər yoxdur.

Keçən il həbs edilənədək Quzman dünyanın ən zəngin və ən güclü narkotik qaçaqmalçısı hesab edilirdi.

Həbsxanadan qaçış

17 ayı dəmir barmaqlıqlar arxasında keçirən Quzman Mexiko şəhərindən 90 kilometr aralıda olan Altiplano həbsxanasından iyulun 11-i qaçıb. Rəsmilər deyir ki, o, 10 metrlik nərdivanla düşərək 1.5 kilometr uzunluğundakı tunelə daxil olub. Onun qaçışı üçün hazırlanmış tuneldə ventilyasiya sistemi, işıqlar və tunelin inşası zamanı palçığım oradan çıxarılması üçün motosiklet olub.

Quzmanın qaçışı Meksika prezidenti Enrike Pena Nieto üçün utancverici bir hadisə hesan edilir. O, Meksikanın narkotik kartellərlə müharibədə əldə etdiyi naliyyətlərə, onlarış qaçaq lideri Quzmanın həbsinə görə böyük nüfuz qazanmışdı. Xatırladaq ki, Quzman həbs edilməmişdən əvvəl 2002-ci ildə həbsxanadan qaçandan sonra 13 ildir axtarışda idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG