Accessibility links

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur


ABŞ - Las Veqasda seçkilər
ABŞ - Las Veqasda seçkilər

Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, zəlzələdən dərhal sonra səfrilik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.

Məlum olub ki, zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

H.Hacıyev bildirib ki, hər nahsı bir fövqəladə hal baş verdikdə Azərbaycan vətəndaşları yaşadıqları ölkədə fəaliyyət göstərən səfirliklərə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib.

20 milyon nəfərin yaşadığı Mexiko şəhərində hazırda xilasedicilər və könüllülər binaların dağıntıları altından meyitləri çıxarmaqla məşğuldurlar.

Şəhərin meri Miguel Angel Mancera deyib ki, 44 binaya ciddi ziyan dəyib, yaxud dağılıb. Onların içində yaşayış binaları və məktəblər var. Bir neçə yerdə qaz sızması baş verdiyindən yanğın olub.

ABŞ-ın Geologiya xidmətinin verdiyi məlumata görə, zəlzələnin episentri Mexikodan 123 kilometrlik məsafədə yerləşən Raboso şəhəri yaxınlığında yerləşir.

Mexikodan cənubda yerləşən Kuernavaka şəhərində yerli radio stansiyanın işçilərinin dağılmış binanın altında qaldığı haqda məlumat verilib.

Meksika televiziyası və sosial mediada zəlzələ nəticəsində dağıntılar nümayiş etdirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG