Accessibility links

Nyu-Meksoko ştatındakı orta məktəbdə atışma olub


Amerika mediasının xəbər verdiyinə görə, Nyu-Meksiko ştatındakı orta məktəbdə atışma olub. Astek şəhərində baş verən insident zamanı hücumçu öldürülüb.

Hücumçunun kimliyi barədə açıqlama verilməyib.

Daha əvvəl şəhər polis idarəsinin trəsisi Mayk Hill iki nəfərin öldürüldüyünü demişdi. Ölənlərin şagidrlər və böyüklər olduğuna dair məlumat verilməyib.

Şəhər meri Salli Berbric hücumçunun öldürüldüyünü təsdiq edib. O, təhlükənin aradan qaldırıldığını vurğulayıb.

XS
SM
MD
LG