Accessibility links

Meksika Körfəzində neft axıntısının yüz günü tamam oldu


Meksika Körfəzində neft buruğunun partlaması ilə ABŞ tarixində ən fəlakətli neft axıntısının başlamasından yüz gün keçir. Axıntıya görə məsuliyyət daşıyan neft nəhəngi BP-nin yenicə təyin olunmuş rəhbəri qarşıda böyük işlərin görülməli olduğunu deyir.Oktyabrda Toni Heyvordu əvəzləyəcək Robert Dadli deyir ki, sızan neft quyusunu qapatmaq onun ən başlıca prioritetidir. BP çərşənbə axşamı Heyvordun vəzifədən gedəcəyini təsdiq etdi. Bununla bərabər şirkət ilin ikinci kvartalında rekord 17 ilyard dollar itirdiyini açıqladı.Heyvord BP-nin neft axıntısı ilə bağlı fəaliyyətlərinə görə sərt tənqidlərlə üszləşib.

XS
SM
MD
LG