Accessibility links

Məktəb alış-verişi [Video]


Məktəb alış-verişi
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Yay mövsümünun sonunda şagirdlər məktəbə geri dönməyə hazırlaşarkən pərakəndə satiş şəbəkələri ətirli markerlər və parıltılı yapışqanlar kimi malların satılması ilə iPad və digər elektron malların satışında itirdikləri məbləği geri qaytaracaqlarına ümid edirlər.

Qeyri-adi ətirə malik markerlər məktəb ləvazimatları alışı mövsümündə məktəblilər və onların valideynlərinin alacaqları mallar siyahısında yer alan əşyalardan təkcə biridir.

Target, Walmart və Staples kimi mağazalar kreativ jurnallar, qlitter yapışqanları, bəzəkli lentlər kimi malları, hətta istilikdə görünməyən mürəkkəbləri belə satmağa çalışır. Enci Miller: “Mən uşağımın iPadlə oynamaq əvəzinə şəkil çəkməsini və ya nə isə düzəltməsini istəyərdim. Buna görə də əlavə pul xərcləməkdən çəkinmirəm.”

Enci Miller üç uşağına məktəb ləvazimatı və digər lazımi əşyalar almaq üçün $450 dollara yaxın pul xərcləyəcəyini təxmin edir.

"Deloitte Services" konsaltinq şirkətinin hesablamalarına görə, bu il hər ailə üzvünə düşən xərc keçən illə müqayisədə 501 dollardan 510 dollara qalxacaq. "Deloitte Services" pərakəndə satış üzrə məsləhətçisi Rod Sayds: “Bu, ilin ikinci ən böyük alış-veriş mövsümüdür. Bizim hesablamalara görə bu, 27 milyard, yəni 27.6 faiz təşkil edir. Bu isə o deməkdir ki, bir çox şirkət ilin bu mövsümündə qazanmalıdır.”

Şirkətlər kompüter, tablet və smartfonlar kimi avadanlıqlarda itirdiklərini bu mövsümdə geri qaytarmağa çalışır. Walmart şəbəkəsinin stasionar məsələlər üzrə vitse-prezidenti Skott Beyls: “Bu, doğrudan da əyləncəli il olacaq, çünki bu il bizim malların 25 faizdən çoxu yeni mallardır.”

Enci Millerin 12 yaşlı qızı Keya məmnun müştərilərdən biridir. O, ona alınan yeni jurnalda yazmaqdan zövq aldığını deyir.“Mənim özümün sevdiyim şeylər var – özüm üçün şərhlər, oxuyacağım kitablar, arzularım.”

Satış firmalarının gözləntiləri böyükdür. Bir çox şirkət güclü iqtisadiyyata, işsizliyin aşağı səviyyədə olmasına və istehlakçınin güvənliyinə hesab aparır və ümid edir ki, bütün bu amillər satışdan yaxşı qazanc götürməyə zəmin yaradacaq.

XS
SM
MD
LG