Accessibility links

Azərbaycanda yeni dərs ili başlayıb


Azərbaycanda yeni dərs ili başlayıb
Azərbaycanda yeni dərs ili başlayıb

Təhsil Nazirliyinin məlumatına görə 139 min nəfərdən çox uşaq birinci sinfə gedib

Sentyabrın 15-də Azərbaycanda “Bilik günü” kimi qeyd olunur. Ölkənin bütün məktəblərində dərslər başlayıb.

Bu il “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.

Təhsil Nazirliyinin rəsmi saytının məlumatına görə bu tədris ilində Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedib.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq Sabah qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

2014-2015-ci tədris ilində 1405 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG