Accessibility links

Bəstəkar Mel Tillis 85 yaşında dünyasını dəyişib


Müğənnilər Kenni Rocers, Riki Skaqqs və bir çox digərləri üçün mahnılar bəstələyən, uzun zaman kountri musiqi ulduzu olan və danışıq qüsuruna qalib gələrək 10-larla mahnı ifa edən Mel Tillis vəfat edib. Onun 85 yaşı var idi.

Tillis 60-dan çox albom buraxıb və “Good Woman Blues, Coca Cola Cowboy” və "Southern Rain”- də daxil olmaqla 30-dan çox onluğa çıxan kountri mahnı yazıb.

Onun başqa müğənnilər üçün bəstələdiyi mahnıları da məşhurdur. Mel “Detroit City” mahnısını Bobbi Beyr, “Ruby, Don't Take Your Love to Town” mahnısını Rocers və First Edition qrupu və “Thoughts of a Fool” mahnısını Corc Streyt üçün bəstələyib.

Kountri Musiqi Şöhrət Zalı-nın üzvü ümumilikdə 1000-dən çox mahnının müəllifidir.

2012-ci ildə böyük və ənənəvi kountri musiqisinə verdiyi misilsiz yumorist töhfəsinə görə Tillis Milli İncəsənət Medalına təltif edilib.

Kountri musiqiçisi Pam Tillisin atası olan Mel Tillis 2016-cı ildən bəri bağırsaq xəstəliyindən əziyyət çəkirdi. Onun ölümünün səbəbinin isə tənəffüs çatışmazlığı olduğu ehtimal edilir.

XS
SM
MD
LG