Accessibility links

Melanianın vətənində Tramp börgeri [Video]


Melanianın vətənində Tramp börgeri
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Melanianın vətənində Tramp börgeri

Donald Trampın ABŞ-ın növbəti prezidenti kimi inaqurasiyası həyat yoldaşının qünyaya gəldiyi keçmiş Yuqoslaviyanın kiçik Sloveniya respublikasına şöhrət gətirib. Melanianın doğulduğu şəhər və bötün ölkə qürur və həyacan hissi keçirir.

5 min əhalisi olan Sevnitsa İkinci Dünya Müharibəsi zamanı ciddi ziyana məruz qalan orta əsrlər şəhəridir. Post-kommunist dövründə bu şəhər sənaye mərkəzinə çevrilib.

Böyük arzular şəhəri olmasa da, Sevnitsa indi böyük xəyyallarla yaşayır.

Çox sadə bir məhəllədə böyüyən Melania şöhrət və şərəf simvoluna çevrilib.

Sevnitsanın şirniyyat dükanlarının birində onun şərəfində tortlar bişirilir.

Dükan sahibi Nusa Vidmar: “Biz Melanianın uğuru ilə fəxr edirik. O, bizlərdən biri idi. Biz onun üçün çox sevinir və onun şərəfinə tort bişiririk. Biz sadə tortların onun qədər gözəl olmasını istəyirik.”

Torta eleqantlıq və qızıl rəng qatılıb.

Dükan sahibi Nusa Vidmar: “Biz əlimizdə olan ən yaxşı məhsullardan istifadə edərək, Melania üçün nəyin daha yaxşı olacağını düşünürük. Tortlar üçün ağ çokoladdan onun çox vaxt ağ geyindiyi üçün istifadə edirik.”

Melaniayanın həyat yoldaşına da ehtiram göstərilir. Yerli bir restoranda aşpaz börgerləri Amerikanın növbəti prezidentinin şəfərinə hazırlayır.

Bu, Sloveniyanın sarı pendirinin qızardılması ilə başlayır. Belə ki, onun saç düzəni dünyada məşhurdur.

Börqerə tamının yaxşılaşdırılması üçün Meksikanın barbekü sousu əlavə edilir.

Aşpaz Denis Suhopoljak: “Pendir ideyasını bizə onun saçları verib. Biz prezidenti ələ salmırıq. Amma pendir necəsə prezidenti xatırladır. Ariquladan isə mükəmməl salat üçün istifadə edirik.

Yerli şərab istehsaçıları “Birinci xanım” adlı yeni şərəb buraxılacağını deyir. Melanianın ailəsinin dostu olan şərab istesalçısı Azdravko Mastnak deyir ki, şəhər sakinlərinin Donald Trampın buranı ziyarət etməməsi narahat edir. Lakin şəhərin məşhur qızının geri dönməməsi daha məyusedicidir.

“Onun ürəyini və qucağını açıb şəhərdə və ya Lyublyanada mən burdayam deyə insanlara sarılması təkcə Sloveniyada deyiı, hər yerdə arzulanır.”

Melanianın evi Ağ Ev olsa da, vətənindəki bu ocaq onun yolunu gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG