Accessibility links

Melaniya Tramp uşaqlara qayğı göstərilməsi ilə bağlı təşəbbüslərini açıqlayıb


ABŞ-ın birinci xanımı Melaniya Tramp bazar ertəsi Ağ Evdə keçirilən tədbirdə uşaqlara qayğı göstərilməsi ilə bağlı bir sıra təşəbbüslərini açıqlayıb.

"Be Best" kampaniyası çərçivəsində bu təşəbbüslər birinci xanım olduğu gündən Melaniya Trampın diqqət göstərdiyi bir sıra məsələlər, o cümlədən, uşaqların qarşılaşdığı problemlərin həlli və sosial şəbəkələrin uşaqlara təsiri kimi məsələləri əhatə edir.

Birinci xanımın rəsmi nümayəndəsi Stefani Qrişem bildirib ki, uşaqlar müasir dövrdə bir sıra problemlərlə qarşılaşır və xanım Tramp bu problemlərin ünvanlanmasına prioritet məsələ kimi baxır. Onun bildirdiyinə görə, bunlar Melaniya Trampın əvvəllər də məşğul olduğu məsələlərdir.

Birinci xanım Melaniya Tramp Merilend ştatının Bethesda şəhərindəki Milli Səhiyyə İnstitutunda uşaqlarla birikdə
Birinci xanım Melaniya Tramp Merilend ştatının Bethesda şəhərindəki Milli Səhiyyə İnstitutunda uşaqlarla birikdə

Birinci xanımın gündəmində olan əsas məsələlərdən biri ölkədə uşaqları da əhatə edən opiod problemidir. O, problemlə prezident seçki kampaniyası zamanı maraqlanmaya başlayıb. Kampaniya zamanı o, ABŞ-ın Qərbi Virciniya və Ohayo ştatlarında müalicə mərkəzləri və xəstəxanaları ziyarət edərək, opiod epidemiyasının güclü dərmanlara aludəçliyi olan anaların körpələrinə necə təsir etdiyini öyrənib. Xanım Tramp keçən il Ağ Evdə problemin müzakirəsi ilə bağlı dəyirmi masa keçirib.

Onun ictimaiyyəti məlumatlandırmaq kampaniyasının əsas məqsədi valideynləri və başqalarını uşaqlara ölkənin yaxşı vətəndaşları olmağı, mərhəmət göstərməyi, sosial mediada başqalarını təhqir etməməyi, narkotik maddələrdən uzaq durmağı öyrətməyə təşviq etməkdən ibarətdir.

Melaniya Tramp birinci xanım olduğu dövrdə uşaq xəstəxanalarını ziyarət edib, prezidentlə xarici səfərlər zamanı uşaqlar üçün kitab oxuyaraq, uşaqların problemlərinə maraq göstərdiyini nümayiş etdirib.

Melaniya Tramp “Be Best” kampaniyası çərçivəsində ölkənin ştatlarına səfər etməyi planlaşdırır.

XS
SM
MD
LG