Accessibility links

Azərbaycan quldarlıq səviyyəsinə görə 51-ci yerdədir


Dünyada quldarlığın səviyyəsi
Dünyada quldarlığın səviyyəsi

Dünyada 21 milyon qul var

Dünyada məcburi əməkdən qanunsuz istifadə üzrə gəlirlər 150,2 mlrd dolları ötür. Bu, il gəlirlər əvvəllər olduğundan üç dəfə çoxdur. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.

BƏT ekspertləri müasir dünyada 21 milyona yaxın qulun – məcburiyyət üzündən hansısa işə vadar edilən adamların olduğunu hesablayıb. Onların 4,5 milyona qədəri (22%) seksual istismarın qurbanıdır.

14,2 milyon nəfər (68%) kənd təsərrüfatında, tikintidə, faydalı qazıntıların hasilatında və yaxud ev xidmətçisi işləyir.
2,2 milyon adam isə həbsxana administrasiyası tərəfindən əməyə cəlb olunan məhbuslardır.

“Yeni məlumatlar yeni səviyyədə məcburi əməyin və müasir quldarlığın təhlükəliliyi barədə düşüncələrə yol açır. Məcburi əmək biznesə, iqtisadiyyatın inkişafına və ən əsası öz qurbanlarına mənfi təsir göstərir.

Yeni hesabat mahiyyətcə qüsurlu, lakin böyük mənfəət gətirən praktikanı məhv etmək əzmimizi artırır”, - BƏT baş direktoru Qay Rayder bildirib.

BƏT-in hesablamalarına görə, müasir qul sahibləri arasında ən çox gəliri seks-industriyanın başçıları əldə edir. Onlar ildə öz qurbanlarına 99 milyard dollar pul xərcləyirlər. Bunun 31,7 milyard dolları Asiya-Sakit okean regionu, 26,2 milyard dolları – inkişaf etmiş ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin payına düşür.

Hesabatda qeyd olunur ki, seksual istismar qurbanları daha çox mənfəət qazandırır ki, bu da onların xidmətinə yüksək tələbatın olmasından irəli gəlir. Seks-industriyanın qurbanları ildə orta hesabla 21,8 min dollar qazanır ki, bu da bu sektoru daha sərfəli edir.

Tikinti, sənaye, faydalı qazıntı hasilatında çalışan adamların məcburi əməyindən 34 milyard dollar daxil olur. Təxminən 9 milyard dollar kənd təsərrüfatı, 8 milyard dollar isə ev xidmətindən daxil olur.

Müasir qullar arasında qadınlar (55%) kişilərdən (45%), yaşlılar (74%) isə uşaqlardan (26%) çoxdur.

Qulların 11,7 milyon nəfəri Asiya-Sakit regionunda yaşayır. İkinci yerdə Afrikadır (3,7 milyon) Latın Amerikasında və Karibdə müasir quldarlıq az yayılıb - 1,8 milyon nəfər və ya 9%. İnkişaf etmiş ölkələrdə və Avropa İttifaqı ölkələrində 1,5 milyon, Şərqi Avropa və MDB ölkələrində 1,6 milyon nəfər var.
Reytinqdə Rusiyanın qonşuları olan Gürcüstan və Azərbaycan müvafiq olaraq 50 və 51-ci yerləri tutur. İlk yeri Mavritaniya tutur. 3,8 milyon əhalisi olan ölkədə 150 min nəfər qul var. İkinci yerdə Haiti, üçüncü yerdə Pakistan gəlir.

Hindistan mütləq rəqəmlərdə müasir quldarlıq üzrə “liderliyi” saxlayır. Ölkədə 13 milyondan çox insan alveri qurbanı var. Böyük Britaniya, İrlandiya və İslandiyada quldarlığını səviyyəsi sıfıra yaxındır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG