Accessibility links

AXCP Rəyasət Heyətinin üzvü 3 il azadlıqdan məhrum edilib [Video]


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Məmməd İbrahim ittihamı siyasi sayır

Martın 15-də Bakının Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim üç il azadlıqdan məhrum edilib.

Martın 14-də dövlət ittihamçısı Məmməd İbrahimə 4 il həbs istəmişdi.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

O bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmədə ittiham sübuta yetirilməyib, İbrahimə bəraət verilməlidir.

Məmməd İbrahim isə son sözündə deyib ki, o, bəraətdən başqa bütün məhkəmə qərarlarını siyasi sifariş hesab edir.

XS
SM
MD
LG