Accessibility links

Şahid müxalifət fəalına verilən ittihamı təsdiq etməyib


Fevralın 12-də Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə növbəti iclas keçirilib.

Prosesdə çıxış edən ittiham tərəfinin şahidi müxalifətçinin xeyrinə ifadə verib.

Bu zaman hakim vəkil Yalçın İmanovun intizam məsuliyyətinə cəlb edilməsi təşəbbüsü irəli sürüb. Buna səbəb vəkilin müdafiə tərəfin vəsatətlərini təmin etmədiyinə və obyektiv araşdırma aparmaq istəmədiyinə görə məhkəmənin ünvanına tənqidi ifadələri olub.

M.İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib (şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib).

Sonradan bu maddə 221.2.2-ci maddə üzrə daha ağır ittihama tövsif edilib, indi İbrahimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Fevralın 1-də ittiham tərəfinin iki şahidi – Vüqar Abbasov və Elçin Şükürov ifadə verib. Onlar hadisə yerində olublar və ilk olaraq Mikayıl Quliyevin yumruqla İbrahimə hücum etdiyi barədə ifadə veriblər.

Bu gün prosesdə şahid Aqşin Haqverdiyev çıxış edib.

O qeyd edib ki, sentyabrın 29-da Nərimanov rayonunda çayxananın qarşısında onlar beş nəfər idilər – Haqverdiyev özü, Vüqar Abbasov, Elçin Şükürov, Anar İsmayılov və Mikayıl Quliyev.

Haqverdiyevin sözlərinə görə, Məmməd İbrahim onlara yaxınlaşanda Quliyevdən onun doğmalarını niyə təhqir etdiyini soruşub. Buna cavab olaraq Quliyev İbrahimə yumruqla hücum edib.

Haqverdiyev onları ayırmağa çalışıb, bu zaman Quliyevdən zərbə alıb. Lakin Quliyevi çəkib ayırmağa müvəffəq olub. Digər iki şəxs İbrahimi tutub saxlayıblar.

Şahid müdafiə üçün mühüm ifadələr verərək, hadisə yerində digər iki zərərçəkmişin – Oruc Vəliyev və Məhəmməd Qurbanovun olmadığını bildirib.

Bundan başqa, Haqverdiyev bildirib ki, İbrahim hələ bundan əvvəl Quliyevin facebook-da müxalifətçini və onun ailəsini təhqir etməyə son qoymaq üçün ona təsir etməyi xahiş edib. Haqverdiyev bunu Quliyevə deyib və o, üç gün susub, sonradan isə Quliyevin ünvanına təhqirləri bərpa edib.

Vəkil Yalçın İmanov Vüqar Abbasovun və Aqşin Haqverdiyevin Quliyevdən zərbə almaları haqqında ifadələri ilə əlaqədar onların zərərçəkmiş kimi tanınmaması haqqında vəsatət qaldırıb. Lakin prokuror kəskin etiraz edib və hakim vəsatəti təmin etməyib.

Daha sonra vəkil Quliyevin zorakı hərəkətlərinin araşdırılması haqqında polisə müraciət edilməsi barədə vəsatət qaldırıb. Lakin bu vəsatət də təmin edilməyib.

Bundan sonra vəkil bildirib ki, məhkəmə formal xarakter daşıyır və obyektiv araşdırma aparmır.

Buna cavabda hakim katibə protokola “vəkilin məhkəməyə qarşı hörmətsizliyi” haqqında və İmanovun intizam məsuliyyətinə cəlb edilməsi üçün Vəkillər Kollegiyasına müraciət edilməsi barədə qeyd etməyi tapşırıb.

İmanov hakimin iradını əsassız hesab edir, belə ki, o, yalnız tənqidi fikir bildirib və heç bir şəkildə məhkəməyə hörmətsizlik nümayiş etdirməyib.

Növbəti iclas fevralın 19-na təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG