Accessibility links

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi [Fotolar və Video]


Məhəmmədəmin Rəsulzadə
Məhəmmədəmin Rəsulzadə

Yubiley Azərbaycanda qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 ili yubileyidir.

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq M.Ə.Rəsulzadə ulə bağlı İncəsənət muzeyində sərgi açılıb, Gənclər və İdman, Mədəniyyat və Turizm Nazirliyi tədbrilər keçirib. Amma, hökumət ümumxalq səviyyəsində tədbirlər keçirməyib.

Müsavat Partiyasə Məmmədəmin Rəsulzadənin heykəli önündə (Foto Müsvat Partiyasının başqanı İsa Qəmbərin Facebook səhifəsindən götürülüb)
Müsavat Partiyasə Məmmədəmin Rəsulzadənin heykəli önündə (Foto Müsvat Partiyasının başqanı İsa Qəmbərin Facebook səhifəsindən götürülüb)
Bununla yanaşı, gənclər və idman naziri Əbülfəs Qarayev deyib ki, yubiley tədbirləri il boyu ölkə daxilidnə və xarici ölkələrdə davam etdiriləcək.
Müxalifət partiyaları, - Müsavat və Milli Şura Məmməd Əmin Rəsulzadənin andan olduğu Novxanı kəndində bayram tədbiri keçirib.
M.Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşalaından siyasi fəaliyyətə başlayıb, 19 yaşında ikən “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradıb. O vaxtin qəzetlərində milli dərkin güclənməsinə əsas olan məqalələrlə çıxış edib.

1904-cü ildə M.Rəsulzadəni Stalinlə tanış edirlər və Stalin M.Rəsulzadənin başçılıq etdiyi dərnəyi bolşevik mübarizəsi cərgələrinə qoşmağa can atıb. Daha sonra M.Rəsulzadə Bakıda həbsə alınan Stalinin həbsdən qaçmasında önəmli rol oynayır.

Rəsulzadə “Hümmət” təşkliatının yaradıcılarından biri olur. Onun redktorluğu ilə “Hümmət” qəzeti nəşrə başlayır. 1904-1909-cu illər ərzində M.Rəsulzadə daha çox milli-maarifçilik cəbhəsində yazıları ilə fəlaiyyət göstərib.

1909-cu ildən başlayaraq çar Rusiyası M.Rəsulzadəyə qarşı təzyiqlərə başlayır və M.Rəsulzadə İrana gedir. İranda məşrutə inqilabının rəhbəri əfsanəvi Səttarxanla görüşür. İranda “Yeni İran” qəzetini nəşr edir. Elə həmin il bir qrup azərbacanlı ziyalı ilə İranda İran Demokrat Partiyasını yaradır. Çar Rusiyasının təzyiqi ilə M.Rəsulzadə 1911-ci ildə İrandan çıxmağa məcbur olur. Elə həmin il bir qrup tərəfdaşı ilə Müsavat Partiyasını qurur.

Məhəmmədəmin Rəsulzadənin heykəli
Məhəmmədəmin Rəsulzadənin heykəli
1913-cü ildən Müsavat Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir.

M.Ə.Rəsulzadənin bu dövrdəki çıxışlarında qaldırdığı “Azərbaycan ideyası” və “Azərbaycana muxtariyyət” şüarı İranda böyük narazılığa səbəb olur.

1918-ci il mayın 27-də Gürcüstanda Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. Elə həmin il mayın 28-də M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir. Həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təşkil edilir. Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 1918-20-ci illərdə M.Rəsulzadə dövlətin güclənməsi yönündə fəaliyyət göstərir.

1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən rus-erməni hərbi birliklərindən azad edilir və Azərbaycan hökuməti paytaxta köçür.

Müsavat Partiyasə Məmmədəmin Rəsulzadənin heykəli önündə (Foto Müsvat Partiyasının başqanı İsa Qəmbərin Facebook səhifəsindən götürülüb)
Müsavat Partiyasə Məmmədəmin Rəsulzadənin heykəli önündə (Foto Müsvat Partiyasının başqanı İsa Qəmbərin Facebook səhifəsindən götürülüb)
1920-ci ilin aprelində bolşeviklər Azərbacanı istila edəndən sonra təqib və həbslərə məruz qalır, daha sonra Moskvaya aparılır və bir müddət burada nəzarət altında yaşayır.

1922-ci ildə Finlandiyaya ,oradan isə Türkiyəyə keçir. Ömrünün sonuna kimi, yəni 1955-ci il martın 5-nə kimi müxtəlif xarici ölkələrdə yaşamağa məcbur olur və Azərbaycan uğrunda mübarizəni son nəfəsinə kimi davam etdirir.



XS
SM
MD
LG