Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov cəbhədə yaranmış son gərginliklə əlaqədar Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini ilə telefonla danışıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar xanım Mogeriniyə məlumat verib.
“Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxsin həlak olub və yaralanıb”, nazir qeyd edib.
Onun fikrincə, gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.
“Gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarını bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”, Məmmədyarov qeyd edib.
Nazir ələva edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.