Accessibility links

19 yaşlı gənc ABŞ-da mer seçilib [Video]


19 yaşlı mer
please wait
Embed

No media source currently available

0:00 0:02:59 0:00

Mer Brandon Paulin işsiz insanlara öz biznes planları haqda danışır. O, iki çay arasında 2.5 km uzunluqda ərazisi olan Merilend ştatının İndian Head qəsəbəsində boya-başa çatıb. ABŞ hərbi-dəniz donanmasıyla kəsiş qəsəbənin şimal hissəsi isə maqistral yola söykənir. Qəsəbə Vaşinqtondan 1 saatlıq məsafədə yerləşir.

Qəsəbəyə girəndə köhnə dükanların qalıqları ilə qarşılaşırsan. Sahibkarlar iş yerlərini bağlayaraq yaxında yerləşən böyük şəhərlərə köçüblər.

Paulin ümid edir ki, qəsəbə bir vaxtlar olduğu kimi, hər kəsin yaşamaq və ziyarət etmək istədiyi gözəl və ticarətin inkişaf etdiyi zamanına geri dönəcək.

Brandon Paulin: "Əminəm ki, qəsəbəni inkişaf etdirə bilərəm. Çox illər əvvəl, İndian Head inkişaf edən qəsəbələrdən biriydi. Mən bunu geri qaytarmaq istəyirəm. Mən iqtisadi təşviqləri istifadə edib, biznesləri cəlb etmək istəyirəm."

Paulin deyir ki, qəsəbədə yaşamayan mülk sahibləri problemin bir hissəsidir. Çünki onlar boş ərazilərinə görə vergidən azad ola bilirlər. O, sahibkarları mülklərini boş saxlamamaq üçün yeni proqram təklif etmək istəyir.

Brandon Paulin: "Bu proqrama görə mülk nə qədər çox boş qalarsa, buna görə cərimə ödənəcək. Beləliklə bu, onları burada biznes qurmağa motivasiya edəcək."

Sahibkar Kelli Mörfi gənc merin qəsəbəni inkişaf etdirəcəyindən əmindir.

Kelly Murphy: "Onun yaşı məni narahat etmir. Bilirəm o həyəcanlıdır və biz onun ətrafında toplandığımız zaman, biz də həyəcanlanırıq. Biz bunu qəsəbədə çoxdandır yaşamırdıq."

Merin anası Vendi Paulin oğlunun qəsəbəni irəli aparmaq potansialı olduğuna inanır.

Vendi Paulin: "O problemləri gördüyü zaman geri addım atmaz. Onlar üçün həll fikirləşər."

Paulinin 10 yaşı olanda qəsəbə rəsmilərini piyadalar üçün yol hərəkəti işarəsi qoymağa məcbur etmiş və qalib gəlmişdi.

Brandon Paulin: "Mən o vaxtdan bəri həmişə qəsəbə tədbirlərində iştirak edərdim və indi qərara gəldim ki, işin başına keçmək vaxtıdır."

Paulin qəsəbənin meri olaraq illik altı min dollar maaş alacaq. O, hazırda ailəsiylə yaşayır və təhsilini onlayn davam etdirir. Ən gənc merin ofisində 16-ci əsrə məxsus siyasi essenin nüsxəsi də yer alır. O deyir ki, Ağ Evdə də bu kitabın olması onu mer kimi ruhlandırır.

XS
SM
MD
LG