Accessibility links

Mərcan rifləri tükənmək təhlükəsi qarşısında qalıb [Video]


Mərcan rifləri tükənmək təhlükəsi qarşısında qalıb
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Mərcan rifləri tükənmək təhlükəsi qarşısında qalıb

Son iki il Avstraliya sahillərindəki Böyük Sədd Rifi üçün çətin illər olub. Quraqlığın artdığı bir dövrdə mərcan riflərinin ağartma prosesi geniş xəstəliklərin yayılmasına səbəb olub.

Bu cür hadisələr tarix boyunca dəfələrlə baş verib.

Lakin, İngilis tətqiqatçılarının yeni araşdırmalarına görə, iqlim dəyişikliyi bu cür hadisələrin daha sürətlə və kəskin baş verməsinə səbəb olduğu üçün riflərin yenidən özünün bərpa etməsi mümkün olmur.

"1980-ci illərin əvvəllərinədək bölgə miqyasında təxminən hər 25 ildən bir bu hadisə baş verirdi. Lakin, o vaxtdan 2016-cı ilədək ağartma hadisəsinin tezliyi altı ilə qədər artıb.'' - deyə, Lancester Universitetinin tətqiqatçısı Nik Qraham bildirib.

'İqlimşunasların gözləntisi budur ki, orta temperaturda kiçik miqdarda artması gələcəkdə ekstermal hava temperaturunun rutin halına gəldiyi bir dünyaya gətirib çıxardacaq.

''Havanın istilik dərəcəsinin kiçik miqdarda belə artması xırda ağartmaq proseslərin baş verməsinə səbəb olur. Hətta El Nino ətrafında çox isti yay ayları bu ağartmanı daha sürətləndirir. Ona görə də biz bu hadisələrlə daha tez-tez qarşılaşırıq.'' - deyə, Nik Qraham bildirib.

Əsl problem prosesinin təkcə okean rainforestləri adlanan ərazi ilə məhdudlaşmayıb, dünyadakı digər nəhəng riflərin yoxa çıxması ilə nəticələnə bilmə təhlükəsidir.

“Mərcan rifləri okean səthinin 1 faizindən azını, dəniz bioloji müxtəlifliyin isə üçdə birini təşkil edir. Buna görə də bioloji müxtəlifliyin qeydinə qalan hər kəsin mərcan riflərinin gələcəyindən narahat olması lazımdır. Həmin riflər tropikdə yüz milyonlarla insan üçün qida təhlükəsizliyini təmin edir." - araşdırmaçı əlavə edərək bildirib..

Elmi araşdırmalar göstərir ki, dünyanın ortalama temperature artıq bir selsi dərəcə yüksəlib. Tədqiqatçılar Paris İqlim razılaşdırılmasında göstərilən planlara uyğun daha ciddi tədbirlər həyata keçirilməsinə dair çağırışlar edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG