Almaniya maşın istehsalçısı Mercedes Benz elan verib ki, şirkət ABŞ-ın cənubunda, Alabama ştatında yerləşən zavodunda elektrik avtobillərinin istehsalı üçün 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Şirkətdən bildiriblər ki, Alabamanın Tuskalusa şəhərində yerləşən zavodda Mercedes EQ adı altında elektrik SUV-lərin istehsalı üç ildən sonra başlayacaq. Genişlənmə 600 yeni iş yerinin açılmasını nəzərdə tutur.
Dünyanın müxtəlif yerlərində 30-dan çox zavoda malik olan Daimler-Benz holdinqindən deyilib ki, Tuskalusa zavodu onların ABŞ-dakı ilk, dünyada isə altıncı elektrik avtomobilləri istehsal edən zavodu olacaq.
İnşaat işləri növbəti il başlayacaq. Daimler-dən hər də bildirib ki, Tuskalusa zavodu yaxınlığında onların qlobal loqistika mərkəzi də tikməyi planlaşdırır.