Accessibility links

Meriya müxalifət mitinqinə yenə “yox” dedi


Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq edir
Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq edir

Müsavat Partiyası martın 10-da yürüş-mitinq keçirməklə bağlı meriyaya müraciət edib

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqinə razılıq verməyib.

Meriya yürüş-mitinqə razılıq verməməsini yürüş-mitinq üçün seçilən marşrutda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirib.

“Təklif etdiyiniz marşurut boyu nəqliyyatın sıxlığı müşahidə olunur. Bu marşrutlarla yürüşün keçirilməsi üçün yolların bağlanması tələb olunur. Bu isə tıxacların yaranmasına, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq. Eyni zamanda müəyyən etdiyiniz istiqamətlərdə əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışları olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətlərinin, metropolitenin iş ahənginin təmin olunmasında problemlər yaradacaq,” Bakı şəhər İcra Hakimiyyəti cavab məktubunda bildirir.

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli paytaxt rəhbərliyinin bu qərarının qanunsuz olduğunu bildirib.

“Bu, Azərbaycanda sərbəst toplaşma azadlığının növbəti dəfə kobud surətdə pozulmasıdır. Bakıda yüksək vəzifə sahiblərinin, hətta onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək adı altında paytaxtın hətta ən gur küçələrində nəqliyyatın hərəkətini saatlarla dayandırırlar. Müsavatın seçdiyi marşrutlar şəhərin kənar hissəsi idi. “Azadlıq” metrosundan “Dərnəgül” mütrosunadək, yaxud “20 Yanvar”dan “Məhsul” stadionunadək. Burada yarım saat ərzində 1 küçədə hərəkəti dayandırmaq mümkün idi ki, yürüş baş tutsun. Amma hakimiyyət əhalinin bu aksiyada çox olacağını hesabladığı üçün aksiyaya icazə vermədi. Çünki, əhalinin bir yerə yığışmasından qorxurlar”, o qeyd edib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-ü və martın 2-də keçirmək istədiyi mitinqə də icazə verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG