Almaniya kansleri Angela Merkel 4-cü dəfə vəzifəsinə seçilməyi düşünür.
Müxbirlərlə görüşü zamanı Merkel bildirib ki, Xristian Demokrat İttifaqının yüksək səlahiyyətli üzvləri ilə görüşündən sonra qərarını açıqlayıb.
“Mən sözün əsl mənasında qərarım haqda sonsuz bir şəkildə düşündüm və belə bir nəticəyə gəldim ki, yenidən vəzifəmi icra etməyə hazıram” - deyə o bildirib.
62 yaşlı siyasətçisi və görkəmli dövlət xadimi, 2000-ci ildə Xristian Demokrat İttifaqının lideri və 2005-ci ildə Almaniya Federativ Respublikasının kansleri seçilən Merkel bu vəzifələrdə çalışan ilk qadındır.
O, Britaniyanın referendum yolu ilə Avropa İttifaqından çıxması və Donald Trampın ABŞ-a prezident seçilməsindən sonra dünyanın ən sabitləşdirici qüvvəsi hesab edilir.
ABŞ prezidenti Barak Obama Merkeli nümunəvi müttəfiq adlandırıb.
Merkel 2017-ci ildə bir daha kansler seçilsə, tarixə Helmut Köhldən sonra 16 il hakimiyyətdə olan lider kimi yazılacaq.
O, Avropanın üzləşdiyi borc böhranı ilə mübarizə səylərinə görə beynəlxalq aləmdə ehtiram qazanıb.
Fiziki kimya ixtisası üzrə doktorant təhsili alan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir.
1990-cı ildə Alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur.