Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Martin Cager bu gün deyib ki, Ukraynanın şərqindəki münaqişədə Minsk sülh razılığına əsasən irəliləyiş olsa, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları tədricən qaldırıla bilər.
"Sanksiyalar özbaşına sona çatmayacaq. Biz qarşımıza qoyduğumuz məqsədə çatmayınca, heç nə dəyişməyəcək" deyə, Martin Cager mətbuat konfransında bildirib.
Almaniya kansleri Angela Merkel cümə axşamı Yaponiyada keçirilən "Yeddilər Qrupu"nun yığıncağında Rusiyaya qarşı sanksiyaların qaldırılması barədə danışmağın tez olduğunu deyib.