Accessibility links

Merkel Ukrayna müxalifəti ilə görüşüb


Almaniya kansleri Angela Merkel Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Arseni Yatsenyukla görüşərək onlara dəstəyini bildirib.

Cənab Kliçko Almaniyanın gündəlik Bild qəzetinə bildirib ki, Ukrayna müxalifəti Avropa İttifaqının Yanukoviç hökümətinə qarşı sanksiyalar tətbiq edəcəyinə ümid edir.

Xanım Merkelin sözçüsü bildirib ki, Almaniya kansleri Ukrayna xalqının narahatlıqlarını anlayışla qarşılayır. Lakin xanım Merkel hal-hazırda sanksiyaların tətbiq olunması çağrışı ilə razılaşmır.

Angela Merkelin partiyasından nüfuzlu qanunverici Andreas Şokkenhoff Ukrayna müxalifət üzvləri ilə görüşündə siyasi böhrana son qoymaq üçün hələ də prezident Yanukoviçlə güzəşt əldə etmək üçün real şanslar olduğunu və sanksiyaların tətbiq edilməsini düzgün olmadığını düşündüyünü bildirib. Lakin o belə bir variantın istisna edilmədini də əlavə edib.

Cənab Kliçko və Yatsenyuk Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun Ukraynaya iqtisadi yardımının vacibliyini vurğulayıblar, lakin qeyd ediblər ki, bu yardım Yanukoviç hökumətinə çatmamalıdır.
XS
SM
MD
LG