Accessibility links

Mərkəzi Bank uçot dərəcəsini artırıb


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı təkrarmaliyyələşmə üzrə uçot dərəcəsini 7%-dən 9,5%-ə qaldırıb.

Mərkəzi Bankın məlumatına görə, uçot dərəcəsi orta müddətli dövrdə makroiqtisadi sabitliyin təmin olunması, inflyasiya gözləntiləri, tədiyə balansı üzrə tendensiyalar, eləcə də maliyyə bazarının konyunkturu nəzərə alınmaqla artırılıb.

AMB-də hesablayıblar ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir edəcək və manata olan inamın artmasına şərait yaradacaq. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.

2015-ci ilin iyulunda uçot dərəcəsi 3% olub. Bu ilin fevralında 5%-ə artırılıb.

Sonuncu dəfə banklar 2006-cı ilin iyulunda 9,5% dərəcə ilə kredit alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG