Accessibility links

Merilin Monro - əbədi ömür 2-ci hissə


Korifey blyuz ustası Rey Çarlz
please wait

No media source currently available

0:00 0:12:36 0:00

1954-cü ildə Merilin Monro nailiyyətlərinin zirvəsində idi.

Merilin Monronun “Niaqara,” “Dönülməz Çay” və “Centlimenlər Sarışınlara Üstünlük Verir” filmlərində ifa etdiyi rollar onun Hollivudun ən məşhur aktrisası kimi tanınmasına səbəb olur.

Merilin sonralar əfsanəvi beysbol oyunçusu Co Dimaccio ilə evlənməklə şöhrətini qarant altına alır. Amma onların arasında münasibət az vaxtda pozulur. Bir ildən də az zamanda Merilin boşanmağa ərizə verir.

İki il sonra o, yenidən bu dəfə Amerikanın ən tanınmış ssenaristi Artur Miller ilə ailə həyatı qurur.

1959-cu ildə “Cazda Yalnız Qızlardır” adlı komediya filmi ekranlara çıxır.

Bu, Merilinin ən uğurlu filmi olur. Kino-rejissor Billi Ualderin çəkdiyi filmdə Merilinlə yanaşı, Cek Lemmon və Toni Kurtis də iştirak edir. Film mafiozların əlindən yaxa qurtarmaq üçün yalnız qızlardan ibarət musiqi qrupuna qoşulmağa vadar olan iki kişi musiqiçi haqdadır. Filmdə Merilin qrupun müğənnisi rolunu ifa edir. Filmdə əvəzedilməz ifasına görə Merilin ən yaxşı aktrisa kateqoriyasında Qızıl Qlobus mükafatının qalibi olur.

Karyerasında daim yüksəlməsinə baxmayaraq şəxsi həyatında Merilin bir daha faciəvi anlar yaşayır. Uşağının olmasını çox istəyən aktrisa həyat yoldaşı Millerlə Birləşmiş Ştatlara qayıtdıqda hamilə olduğunu öyrənir. Təəssüf ki, az sonra Merlin bətnindəki körpəsini itirir.

1960-cı ildə Merilin “Let`s Make Love” adlı musiqili komediya filmi ilə ekranlara qayıdır. Bu filmdə o, fransız aktrisa İf Montan ilə birgə iştirak edir.

Çəkilişlər zamanı Merilinlə Montan arasında eşq macərasının yaşandığı barədə söz-söhbət yayılır və 1961-ci ilin yanvar ayında Merilinlə Miller boşanır.

1961-ci ildə Merilin artıq siyasətçilərlə dostluq etməyə başlayır. O, aktyor Piter Laufordun həyat yoldaşı Patrisiya Kennedinin aid olduğu bir qrup insanla dostluq edir. Beləliklə, Merlin Patrisiyanın qardaşları Con Kennedi və vəkil general Robert Kennedi ilə tanış olur. Merilinin Kennedi qardaşlarının hər ikisi ilə münasibətli olduğu barədə geniş söz-söhbət yayılır. Amma Merilinin Con Kennedini sevdiyi deyilirdi.

1962-ci il mayın 19-u “Nə isə Verməlisən” adlı növbəti layihənin çəkilişlərində Merilin Con Kennedi üçün “Ad Günün Mübarək” mahnısını ifa etməklə ictimayyətin diqqətini Con Kennedi ilə münasibətlərinə cəlb edir.

Merilinin xəstəlik bəhanəsi ilə tez-tez çəkilişlərdən yayınması, amma Con Kennedinin mərasimlərində iştirak edə bilməsi prodüsserlərı təbdən çıxarır və o, müvəqqəti olaraq film çəkilişlərindən uzaqlaşdırılır.

1962-ci ilin avqustun 5-i 36 yaşlı ulduz Brentvuddakı evində ölü tapılır. Onun narkotik maddədən yüksək dozada istifadə etdiyi ehtimal edilir.

Ulduzu son mənzilə yola salmaq üçün toplaşan Co Dimaccionun da iştirak etdiyi izdiham mərhumu Vestvud Village Xatirə Parkı qəbiristanlığında dəfn edir.

Onun müəmmalı ölümü haqda fərqli fərziyələr yayılır. Amma on illər keçsə də Merilin əfsanəvi aktrisa və müğənni kimi xatirələrdə yaşayır.

Paris muzeyində Bruklinli model fotoqrafı Bert Sternin çəkdiyi foto-şəkillərdən ibarət sərgi yarım əsirdən çox vaxt keçməsinə baxmayaraq Merilin möcüzəsini hələ də yaşadır.

Şəkllər Sternin Merilinin 1962-ci ilin iyun, iyul aylarında Los Ancelesin Bel Air hotelində çəkdiyi 2500 foto-şəkli arasından seçilib.

Merlin eksklüziv olaraq yalnız Sternə onun çılpaq şəklini çəkməsinə razılıq verir.

Şəkilləri dərc etdirməzdən bir gün əvvəl Merlinin faciəli ölümü elan edilir.

O gündən artıq 50 il keçir. Amma Merilinin şəkillərinin hələ də reklamlarda istifadə edilməsi Hollivudun ən başıbəlalı və ən parlaq ulduzunun əbədiliyinə işarədir.

XS
SM
MD
LG