Accessibility links

Nyu-Yorkun “Metropoliten İncəsənət Muzeyi”nin gül əsərləri [Video]


Nyu-Yorkun “Metropoliten İncəsənət Muzeyi”nin gül əsərləri
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Heykəllər və divardakı rəsmlər Nyu-Yorkun “Metropoliten İncəsənət Muzeyi”ndə görəcəyiniz yeganə sənət əsərləri deyil. Hər fəslə və zamana aid bəzədilən gülləri də muzeydəki əsərlərə əlavə etmək olar.

Səhər saat 6-dır. ““Metropoliten İncəsənət Muzeyi”nin qapıları 4 saatdan sonra açılacaq. Muzeydəki mumdan düzəldilmiş gözü açıq eksponatlar buradakı şübhəli insanlara tamaşa edir. Onlar muzey işçilərinə bənzəmir.

Remko Van Vliyetin əlləri rəngə və palçığa bulanıb. Bu muzeydə 20 ildir güllərin dizaynı ilə məşğul olan bu şəxs əllərinin çirkli olmasına alışıb.

Güllərin dəyişmə ritualı hər həftənin çərşənbə axşamları həyata keçirilir. Remko Van Vliyet: “Əvvəllər muzey bazar ertələri bağlı olardı və biz gülləri həmin gün bəzəyərdik. Lakin indi biz 7 nəfərdən ibarət qrupla bunu muzey açılmazdan əvvəl etməliyik.”

Metropolitendəki şah əsərlər arasında girişindəki beş gözəl dizayn da diqqəti cəlb edir. Metropoliten muzeyinin işçisi Klayd Cons: “Böyük zaldakı dörd güşədə güllədə hərfətə bir dəfə yenilənən gözəl güllər sərgilənir. Zalın mərkəzində isə şah əsəri yerləşdirilir. Ziyarətçilər buraya gələrkən təzə və canlı çiçəklərə heyran olur. ”

Bu ənənə "Reader Digest" nəşriyyat imperiyasının yaradan ailənin üzvü, Metropoliten muzeyinin direktoru Lila Açison Vallasdan səxavətli bir hədiyyə olaraq davam edir. “O, muzeyin Böyük Zalının təzə güllərlə təmin edilməsi üçün fond yaratmışdı. Çünki o, muzeyə gələn ziyarətçilərin canlı gözəlliyın şahidi olmalarını istəyirdi” deyə, Klayd Cons bildirir.

Remko Van Vliyet xanım Vallasın vəsiyyətini yerinə yetirmək, gözəl güllərin dizaynını yaratmaq üçün bu muzeydə təxminən 20 ildir çalışır. "Mən mövsümü əks etdirən çiçəkləri sevirəm. Mənim ən çox sevidiym bahar fəslində biz buranı Yaponiyanın albalı çiçəkləri ilə bəzəyirik. Yay fəslində isə Cənubi Amerika və Afrikanın tropik güllərindən istifadə edirik. Payızda isə adətən balqabaq da qoyuruq" deyə, Remko Van Vliyet bildirir.

Qış mövsümündə rənglər seçmək daha çətin olur – möhkəm kameliyalar, soyuğa davamlı hortenziyalar, gümüşü ayı döşəyi çiçəkləri. Bu çiçək politrası arasında lalələr və ətirli zambaq yoxdur.

Bayram ənənəsi olaraq çiçək incəsənətinin şah əsərləri çərçivələnərək, onların surətləri dünyanı gəzir. Ətir gözəlliyi təcrübəsini dünyaya yayan Nyu-Yorkda bu ənənə il boyu davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG