Metalların yenidən emalı onların filiz yataqlarından çıxarmaqdan qat-qat ucuzdur. Ancaq köhnə avtomobilləri, məişət avadanlığını və ya sənaye təchizatlarını doğradıqda fərqli metal növləri ilə qarışır.
Dəmir və poladı güclü maqnitlə ayırmaq asandır. Ancaq digər metallar - mis, aliminium və titanium ya zibilliklərə tökülür ya da əllə ayırmaq üçün ucuz işçi qüvvəsinin olduğu ölkələrə göndərilir.
Utah Universitetinin tədqiqatçıları deyir ki, onların inkişaf etdikləri metod mexaniki olaraq yüngül metalları yüksək səviyyədə dəqiqliklə ayırır.
Universitetə araşdırmada əməkdaşlıq edən O2M Texnologiya şirkətindən Don Eqqert deyir ki, system sadə fakta - metalların maqnetik sahədən təsirlənməsi prinsipinə dayanır.
Don Eqqert: "Metal maqnetik sahəyə düşdükdə, hətta metal olmadığı üçün maqnetik sahə təsir etməsə belə, orada olan maqnet metalın içindəki elektrikə səbəb olur və bu metalın özündə maqnetik sahə yaradır ki, maqnetik sahəyə düşən metallar kənara itələnilir."
Eggert deyir ki, maqnetik sahədəki ani dəyişiklik metal qirintılarının fərqli qablara düşməsinə səbəb olur.
Don Eqqert: "Misal üçün əgər biz aliminumu misdən ayırmaq istəyiriksə və lazımı dalğanı göndərdikdə alüminum misdən daha uzaq məsafəyə atılacaq. Beləliklə mis birbaşa qırağa, alüminium isə fərqli qaba düşür."
Bu fərqli metalları bir-birindən ayırmaq üçün texnologiyalardan biridir. Ancaq Egget deyir ki, bunu meydana gətirmək daha ucuzdur. Bunun üçün böyük maqnit sahəsi və dalğa nəzarətçisi lazımdır.
Don Eqqert: "Biz hələlik xərclərin dəyər nisbətini hesablamağa çalışırıq - yəni, texnologiyanın maya dəyərini ən qısa zamanda necə çıxarmaq olar. Hazirda biz bunu bir ildən az vaxt olduğunu təxmin edirik."
Metalı ayıran cihazlar 1 sm genişliyində qranullarla işləyirlər. Araşdırmaçılar iri metal parçalarını tuta biləcək böyük maqnit sahəsi düzəlməyə çalışırlar. Onlar ümid edirlər ki, bu il içərisində maqnit sahəsi olan metal parçalama müəssisəsi qura biləcəklər. Onlar burada cihazın müəssisələrdə necə işləyəcəyini sınaqdan keçirəcəklər.