Accessibility links

Xərçəng metastazının qarşısını alacaq yollar [Video]


Xərçəng metastazının qarşısını alacaq yollar
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Metastaz mərhələsi əsas şiş hüceyrəsinin şişi tərk edərək qan sisteminə qarışaraq, qan dövranı sistemindən keçib yerləşmək üçün yeni toxuma tapdığı vaxt baş verir.

Belçikada yerləşən Louven Katolik universitetinin alimləri deyir ki, onlar siçanlarda döş və melanoma xərçəng hüceyrələrində əsas şişin metastaz verməsinin qarşısının alınması yolunu tapıblar.

Pyer Sonvönun: "Əgər bir neçə yerdə metastaz varsa, bu, hələ də müalicə oluna bilər. Ancaq bədənin hər yerinə metastaz verilibsə, o zaman təəssüf ki, yalnız ağrıkəsici vermək olar. Biz beləliklə, metastazların qarşısını alacaq müalicə metodları tapmışıq. Əlbəttə ki, bu, metastaz riski olan xəstələrə böyük ümid verir."

Xərçəng xəstəliyi üzrə mütəxəssislər deyir ki, metastaz hələ də haqqında az məlumat olan mürəkkəb bir prosesdir.

Dr. Kris Bakal: “Məsələn, hüceyrələrdə metastazın yaranması üçün onlar formalarını dəyişməlidir və biz “hüceyrələr formalarını necə dəyişir?” kimi sadə suallara cavab tapa bilmirik.”

Pyer Sonvönun başçılıq etdiyi belçikalı alimlərdən ibarət qrup hüceyrələrin dəyişməsinə səbəb olan sərbəst radikallara nəzarət mexanizmini tapıblar. Şiş hüceyrələrdə metastazın yaranmasına səbəb olan sərbəst radikallar superoksid radikallardır. Siçanlar üzərində aparılan melanoma və döş xərçəngi təcrübələri göstərib ki, antioksidantların verilməsi ilə superoksid radikalların yaranması prosesi dayandırılıb. Bu isə öz növbəsində hüceyrələrdə metastaza səbəb ola biləcək dəyişmələrin qarşısını alıb.

Pyer Sonvönun: “Bu modellərin bəzilərində 100 faiz nəticə aldıq. Bu o deməkdir ki, biz metastazların yayılmasının qarşısını 100 faiz ala bildik. Bir alim kimi belə bir şey kəşf edəndə adamın ayağı yerdən üzülür. Bu, möhtəşəm bir nəticədir.”

Araşdırma Cell Reports (hüceyrələr haqda hesabat) jurnalında çap edilib və digər alimlər tərəfindən alqışlarla qarşılanıb. Londonda yerləşən Xərçəng Araşdırma İnstitutunda alim Kris Bakal deyir ki, bu kəşflər metastaz xərçəng hüceyrələrinin sərbəst radikalların yolunu kəsməklə yayılmasını dayandırmaq üçün terapiyanın inkişaf etdirilməsinə kömək edə bilər.

Dr. Kris Bakal: “Araşdırmaya görə, sərbəst radikalların yollarını hədəf almaqla metastazlara mane olacaq bir terapiya üsulu əldə edilə bilər. Bu bizə əvvəllər aydın deyildi. Beləliklə, metastaz hüceyrələrində sərbəst radikalların sayını azaltmaqla biz onların qarşısını almış oluruq.”

Belçikalı alimlər indi bu strateqiyanın yoqun bağırsaq, ağciyər və prostat vəzi xərçəngi kimi digər şişlərdə metastazların qarşısını almaq üçün tətbiq etməyin mümkünlüyünü araşdırmaq istəyir. Növbəti addım lazımi dərman preparatlarının hazırlanması və xərçəng xəstələri üçün kliniki sınaqların keçirilməsindən ibarət olacaq.

XS
SM
MD
LG