Bu gün beynəlxalq mətbuat azadlığı günüdür. “Freedom House” təşkilatının «Mətbuat Azadlığı 2016» hesabatında dünyanın 199 ölkəsində və ərazisində media azadlığının səviyyəsi dəyərləndirilib.
Hesabatda deyilir ki, dünyada hər 7 adamdan cəmi 1-i medianın susdurulmadığı ölkələrdə yaşayır. Ötən il dünyada mətbuat azadlığı son 12 ildə ən aşağı həddinə düşüb.
“Sərhədsiz Reportyorlar” təşkilatının bildirdiyinə görə, 2015-ci ildə 110 jurnalist öldürülüb. 2005-ci ildən bəri vəzifəsini yerinə yetirərkən ölən jurnalistlərin sayı 787 nəfərdir.
Öldürülən 110 jurnalist
- 49 jurnalist hədəf alınaraq qətlə yetirilib
- 18 jurnalist peşəkar fəaliyyətinə görə öldürülüb
- 43 jurnalist naməlum səbəblərlə həlak olub
- 27 nəfəri vətəndaş jurnalisti olub
- 7-si media işçisi olub
- 36 faiz müharibə zonalarında həlak olub
- 97 faiz öldürüldükləri ölkələrin vətəndaşı olub
Jurnalistlər üçün 5 ən faciəvi ölkə:
- İraq
- Suriya
- Fransa
- Yəmən
- Cənubi Sudan
Jurnalistlərin qətli ilə bağlı insidentlər
- Charlie Hebdo hücumu; 8-i jurnalist olmaqla, 12 nəfər öldürülüb
- İslam Dövləti tərəfindən yapon jurnalisti Kenji Gotonun başının kəsilməsi
- Oğurlanaraq öldürülən Banqladeş blogerləri: Avijit Roy, Ananta Bijoy, Uashiqur Rahman, Niloy Çakrabarti
- Meksikada foto-jurnalist Ruben Espinozanın qətli
- Somalidə jurnalist Hindiya Məhəmmədin bomba partlayışı səbəbi ilə ölümü
- Hindiya Məhəmməd 2015-ci ildə öldürülən 2 qadın jurnalistdən biridir
Həbsdə və ya girovda olan jurnalistlər:
Həbs: 23-ü Çində olmaqla, 153 jurnalist
Girov: 26-ı Suriyada olmaqla, 54 jurnalist