Accessibility links

Cinsi zorakılığa qarşı başladılan #MeToo kampaniyası [Video]


Cinsi zorakılığa qarşı başladılan #MeToo kampaniyası
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Son 24 saat ərzində minlərlə qadın Facebook və Twitterdə MeToo heşteqi altında cinsi zorakılığa məruz qaldıqları məqamları paylaşıblar. Sosial mediada aparılan bu kampaniya Hollivud prodüseri Harvi Vaynşteynlə bağlı cinsi zorakılıq iddiaları irəli sürüləndən sonra başladılıb. Bu sosial media hərəkatı qadınlar və kişilər arasında cinsi zorakılıq və zorlama ilə bağlı qlobal müzakirələrə səbəb olub.

Həftə sonu aktrisa Alissa Milano çağırış edib.

Harvi Vaynşteyn insidenti vasitəsilə qadınların və azlıqların Hollivudda daha çox idarəetmə gücünə sahib olmalı olduqları ortaya çıxdı. Orda uzun zamandır kişilər hökm sürür. Biz isə deyirik ki, bizim hekayələrimiz gerçəkdir, istəklərimiz isə əhəmiyyətlidir
Melissa Silverşteyn

Bazar günü Milano bu mesajı paylaşaraq izləyicilərini nə vaxt isə cinski zorakılığa məruz qalıblarsa, #MeToo heşteqindən istifadə etməyə çağırıb.

Bu iki söz tez bir zamanda sosial mediada yayılıb və minlərlə qadın cinsi zorakılıq hallarının geniş yayıldığını nümayiş etdirmək üçün öz hekayələrini paylaşıb.

Hərakata kişilər də qoşulub. Onlar istənməyən cinsi diqqətə məruz qaldıqları anları bölüşüb və başqalarını cinsi zorakılıq qurbanları ilə həmrək olmağa çağırıb.

Sosial media kampaniyası Hollivud prodüseri Harvi Vaynşteynlə bağlı qalmaqaldan sonra başlayıb.

Vaynşteyni cinsi zorakılıqda ittiham edən onlarla qadından biri, Luizet Qays, yaşadığı insidenti bölüşüb.

“Mənim ürəyim tez-yez döyünürdü və mən qorxurdum. Mən sonunda əlimi çəkdim və qapıya doğru getməyə başladım. O arxamca gəldi və məni Bob Vaynşeytnlə tanış edə biləcəyini və mənim yazdığım ssenarinin çəkilməsi üçün yol açacağını dedi”, deyə o bildirib.

Vaynşteynin sözçüsü ittihamları rədd edib və bütün bu hadisələrin tərəflərin razılığı ilə baş verdiyini deyib. Lakin Vaynşteynə qarşı qəzəb daha da artır və ona qarşı etiraz edənlər cinsi zorakılığın qəbuledilməz olduğuna dair mesaj yayır.

İlk olaraq Vaynşteyn həm-təsisçisi olduğu film yaradacılıq şirkətindən qovuldu, daha sonra isə Kinofilm Sənəti və Elmləri Akademiyasının üzvləri onu təşkilatlarından uzaqlaşdırmaq qərarına gəldilər.

Harvi Vaynşteyn
Harvi Vaynşteyn

“Qadınlar və Hollivud” adlı bloqun yazarı Melissa Silverşteyn deyir ki, Hollivudda yaşanan bu son qalmaqalın bütün qadınlar üçün böyük təsirləri var.

“Harvi Vaynşteyn insidenti vasitəsilə qadınların və azlıqların Hollivudda daha çox idarəetmə gücünə sahib olmalı olduqları ortaya çıxdı. Orda uzun zamandır kişilər hökm sürür. Biz isə deyirik ki, bizim hekayələrimiz gerçəkdir, istəklərimiz isə əhəmiyyətlidir”, o deyib.

İndi iki sözlə bu məsələ btüün Hollivud və internetə yayılıb.

XS
SM
MD
LG