Accessibility links

Metropoliten Muzeyi onlayn ziyarətçiləri cəlb edir [Video]


Metropoliten Muzeyi onlayn ziyarətçiləri cəlb edir
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Metropoliten Muzeyi onlayn ziyarətçiləri cəlb edir

İnternet artıq Parisdə Luvr, Londonda Britaniya Muzeyi, indi də Nyu Yorkda Metropoliten Muzeyi daxil olmaqla dünyanın ən böyük muzeylərinə çıxışı asanlaşdırır. İndi artıq onlayn platforması ilə Metropoliten muzeyi bütün dünya ilə interaktiv əlaqə yaradıb.

Biz interneti 4-cü platformamız olaraq görürük. Bizim üç binamız, üç fərqli muzeyimiz var. İndi də vebsaytımız var və muzey onlayn da mövcuddur. Bu il ərzində 33 milyon ziyarətçimiz olub. Bu isə böyük auditoriya deməkdir.
Dan Weiss

Muzeyin məşhur Beaux arts fasadının pilləkanları ziyarətçiləri bəşəriyyətin 5 min illik nailiyyətlərinin nümayiş etdirildiyi ekspozisiya zallarına aparır. Amma muzeyi görməyin artıq yeni bir yolu da var. Bu da texnoloji baxımdan təkmilləşdirilmiş bir təcrübə üzərində qurulmuş platforma sayəsində mümkündür. İnternet sayəsində Nyu Yorkun Metropoliten İncəsənət Muzeyi artıq bütün dünyaya açıqdır.

Ötən il Metin vebsaytını 33 milyon insan ziyarət edib. Baxmayaraq ki, keçən il muzeyi şəxsən ziyarət edən insanların sayı rekord 6.3 milyona çatıb, bu yenə də onlayn ziyarətçilərin sayının sadəcə kiçik bir qismidir.

Metin prezidenti Dan Vays deyir ki, texnologiya artıq çox mühüm rol oynayır.

“Biz interneti 4-cü platformamız olaraq görürük. Bizim üç binamız, üç fərqli muzeyimiz var. İndi də vebsaytımız var və muzey onlayn da mövcuddur. Bu il ərzində 33 milyon ziyarətçimiz olub. Bu isə böyük auditoriya deməkdir.”

İnternet vasitəsilə ziyarətçilər qədim Misir abidələri və Avropa sənətkarlarının klassik incəsənət əsərlərindən tutmuş, Amerika incəsənəti və müasir dövrün sənət nümunələrinə kimi muzeyin nəhəng kolleksiyalarına baxa bilər.

Beyonce Metropoliten Muzeyinin Kostyum İnsitutununun açılış gecəsində
Beyonce Metropoliten Muzeyinin Kostyum İnsitutununun açılış gecəsində

Vebsaytda incəsət tarixinin mühüm dövrləri, musiqi alətləri kolleksiyaları, bütün dünyadan qədim silahlar və zireh nümunələri, eləcə də bütün yaş qrupları üçün maarifləndirici proqlamlar var.

Met rəsmiləri deyir ki, müasir muzeyin dünya auditoriyası üçün müxtəlif sərgiləri olmalıdır. Muzeydə ən çox diqqət cəld edən məhz xüsusi mövzuda sərgilərdir.

Met tarixindəki ən böyk sərgi “Güzgüdən Görünən Çin” adlı sərgi olub.

Keçən il bir milyona yaxın ziyarətçi bu möhtəşəm incəsənət sərgisinə tamaşa etmək üçün muzeyi ziyarət edib, bir neçə milyon insan isə sərgini veb səhifəsində izləyib.

10-cu əsrə aid qumdaşı heykəli
10-cu əsrə aid qumdaşı heykəli

Bu ay Kostum İnstitutunun açdığı sərgidə isə modelyerlərin əllə tiklimiş geyimlərlə maşınla tikilən yüksək keyfiyyətli və avanqard geyimlərin vəhdətindən yaratdıqları kolleksiyaları nümayiş etdirilir.

Hər zamankı kimi sərginin açılış gecəsində məşhurlar iştirak edib.

Met hesab edir ki, ötən il muzeyi ziyarət edənlər Nyu York şəhərində qaldıqları müddət ərzində 5 milyarddan çox pul xərcləyib və bu, şəhər iqtisadiyyatına böyük fayda verir.

Hələliksə, Metin onlayn platformasının muzeydəki 2 milyon incəsənət əsərindən ibarət daimi kolleksiyasını canlı görmək istəyənlərin sayını azaldacağı gözlənilmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG