Accessibility links

Metyu qasırğası 2000 insanın evakuasiya edilməsinə səbəb olub


Metyu qasırğası Yamayka və Haitiyə şiddətli yağışlar gətirib. Dördüncü kateqoriyaya aid edilən qasırğa Karib dənizi hövzəsindən keçərək, daşqınlara və sakinlərin sığınacaqlara üz tutmasına səbəb olub.

Haitinin yoxsul cənub-qərb sahili bu gün səhər qasırğanın təsirinə məruz qalıb. Bu ərazidə saatda 230 kilometr sürətlə əsən külək və şiddətli yağış təxminən 2000 insanın Qrand Sud regionundan evakuasiya edilməsinə səbəb olub.

Sinoptiklər Yamayka və Haitinin cənub-qərbində yağış nəticəsində su səviyyəsinin 25-38, ara-sıra yerlərdə isə hətta 63 santimetrə çatacağını proqnozlaşdırır.

Mayamidə yerləşən ABŞ-ın Milli Qasırğa Mərkəzi bildirib ki, qasırğa Haitinin cənub-qərbindən keçərək Kubaya istiqamətlənəcək.

Meteoroloqlar qasırğanın ABŞ-ın şərq sahili və ya sahil bölgəsi yaxınlığından keçəcəyini ehtimal etsə də bildirib ki, bunu proqnozlaşdırmaq hələ tezdir.

XS
SM
MD
LG