Accessibility links

Meksikada kartel üzvləri ilə sakinlər arasında qarşıdurma olub


Meksika rəsmilərinin bildirdiyinə görə, kəndlilərlə narkotik alverçiləri arasında baş verən toğğuşma zamanı azı 5 nəfər ölüb. İnsident zamanı minlərlə insanın işıqsız qaldığı bildirilir.

Associated Press xəbər agentliyi federal rəsmilərə istinadən bildirib ki, qarşıdurma narkotik maddələr alveri ilə məşğul olan Knights Templar kartelinin nəzarətindəki Apatzingan şəhər sakinlərinin etirazlarını bildirmək üçün nümayişə çıxmalarından sonra baş verib.

Sakinlər kartelin regionda kommunal xidmətlər və ticarətə qadağa qoymalarından bezdiklərini bildirib. Bunun əvəzində isə kartel üzvləri 14 yaşayış məntəqəsini işıqla təmin edən Miçokan elektrik stansiyasına hücum edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG