Accessibility links

Uzun illər axtarışda olan kartel başçısı Meksikada yaxalandı


Amerikalı ittihamçılar Meksikada həbs edilən narkotik mallar qaçaqmalçılığına başçılıq edən şəxsin məhkəmə qarşısına çıxarılması üçün Birləşmiş Ştatlara təhvil verilməsini tələb edir. Lakin Hoakin "El Çapo" Quzmanın hansı ölkədə mühakimə olunacağı hələlik bəlli deyil.

Meksika təhlükəsizlik qüvvələri ilə birgə reyd zamanı ələ keçirilən El Çaponun başına Vaşinqton 5 milyon dollar mükafat qoymuşdu. Narkotik mallar kartelinə 13 ildir başçılıq edən Quzman keçən həftənin şənbə günü Meksikanın Sinaloa ştatındakı evində yaxalanıb.

2001-ci ildə Meksika həbsxanasından qaçan 56 yaşlı Quzman ABŞ və Meksikada çox sayda ittihamlarla üzləşir.

Quzmanın rəhbərlik etdiyi beynəlxalq miqyaslı narkotika karteli ABŞ bazarının əsas kokain təchizatçısı sayılırdı.

Narkotika ilə bağlı zorakılıqlara səhnə olan Çikaqo şəhəri Quzmanı "ictimaiyyətin bir nömrəli düşməni" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG